Tarix : 2021 Jan 03
Kod 60716

Suriya-İraq sərhədində şəhid Süleymaninin izdihamlı anım mərasimi keçirild

Qələbə komandirləri şəhid Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsinin birinci ildönümü Suriya-İraq sərhədinə yaxın Əl-Bukamal bölgəsində qeyd olunub.

Arannews-SANA-ya istinadən xəbər verir ki, bu gün (31 dekabr) minlərlə məcburi köçkün, dövlət rəsmiləri və Əl-Bukamal bölgəsinin sakinləri İranın Qüds Qüvvələrinin keçmiş komandiri şəhid general-leytenant Hacı Qasım Süleymaani və İraqın Əl-Həşduş Şəbi təşkilatının komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin birinci ildönümünün anım mərasiminə qatılıblar.
İranın Dəməşqdəki səfiri Cavad Türkabadi də mərasimdə çıxış edərək, belə deyib: “Şübhəsiz ki, şəhid Süleymaniyə sui-qəsd cinayəti cavabsız qalmayacaq, Suriya müqavimət oxunu qoruyan cəbhədir”.
Əl-Furat və Əl-Cəzirə qəbiləsi şuralarının sədri Əbdül Kərim Əl-Dandal da şəhid Süleymani və şəhid Əl-Mühəndisin öldürülməsinin müqavimətin iradəsini məhv etməyəcəyini söyləyib.
“İraq, Suriya, Yəmən və Livandakı qələbə müjdəsi üfüqdə görünməkdədir”, - deyə o, bildirib
Əl-Bukamal sakinləri evlərin üstünə şəhid Süleymani və şəhid Əl-Mühəndisin şəkillərini asıblar. Bölgədəki bir çox kəndli də mərasimdə iştirak etmək üçün Əl-Bukamala gəlib.
Mərasimdə Fələstin Qurtuluş Cəbhəsi baş katibinin müavini Talal Naci çıxış edərək, şəhid general-leytenant Qasım Süleymanini “Müqavimət heykəli” olaraq xarakterizə edib: “O, amerikalı işğalçılarla kompromisə getmədiyi üçün və fələstinlilərin hüquqlarına laqeyd qalmadığı üçün öldürüldü”.

Talal Naci Suriyanın və Bəşər Əsədin özünün Fələstin müqavimətini dəstəkləməkdəki rolundan da danışıb: “Suriya prezidenti Fələstinin müqaviməti ilə bağlı razılaşmanı qəbul etmədi və Qəzzada raketlərin istehsalına şəxsən nəzarət etdi”.

 

Suriya-İraq sərhədində şəhid Süleymaninin izdihamlı anım mərasimi keçirildi
Suriya-İraq sərhədində şəhid Süleymaninin izdihamlı anım mərasimi keçirildi
Suriya-İraq sərhədində şəhid Süleymaninin izdihamlı anım mərasimi keçirildi
Suriya-İraq sərhədində şəhid Süleymaninin izdihamlı anım mərasimi keçirildi

Suriya-İraq sərhədində şəhid Süleymaninin izdihamlı anım mərasimi keçirildi

  • Yazılıb
  • da (də) 2021 Jan 03
  • Göndərən جهان کمالی