Tarix : 2021 Jan 03
Kod 60718

Azərbaycan Ruhanilər Məclisi (ARM) Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verir

Azərbaycan Ruhanilər Məclisi (ARM ) mücahid alim, görkəmli fəqih və böyük filosof Həzrət Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verir.
Arannews- xəbər verir ki, ARM-ın başsağlığında deyilir:
“Mərhəmətli və bağışlayan Allahın adı ilə!
“Həqiqətən, Allah tərəfindənik və Ona tərəf də qayıdacağıq!“
Mücahid alim, görkəmli fəqih və böyük filosof Həzrət Ayətullah Misbah Yəzdinin əbədiyyətə qovuşduğu xəbərini hədsiz qəm-qüssə və təəssüf hissi ilə aldıq.
Misbah – tövhid yoluna, yəni Həzrət Muhəmmədin (s) gətirdiyi xalis İslamdan və ilahi peyğəmbərlərin irfanından ibarət olan Allahın xalqa hakimiyyəti yoluna nəzər və əməl sahəsində məşəl tutan, “Yalnız Allahın kəlməsi ucadır!“ – həqiqətinin gerçəkləşməsi üçün sinəsini sipər edən, bu bəyan və təfəkkürlə yüzlərlə alim yetişdirən bir şəxs idi. Sözsüz, belə bir mücahid alimin yoxluğu İslam cəmiyyəti üçün böyük itkidir. Bu itki münasibətilə Əsrin Vəlisinin (ə.c) mübarək məhzərinə, o Həzrətin haqq naibi Ayətullah Xameneiyə, Elmi Hövzələrə, onun ailəsi, şagirdləri və sevənlərinə başsağlığı verir və o mərhum üçün Allah-Taalanın dərgahından yüksək dərəcələr diləyirik!”
Azərbaycan Ruhanilər Məclisi (ARM)
02 / 01 / 2021
  • Yazılıb
  • da (də) 2021 Jan 03
  • Göndərən جهان کمالی