Tarix : 2021 Jan 03
Kod 60719

Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi

(2 yanvar) Yəməndə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymaninin və İraqın Əl-Həşduş Şəbi təşkilatının komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsinin ildönümü münasibətilə izdihamlı mərasim keçirilib.

Arannews-Ansarollah-a istinadən xəbər verir ki, Yəmənin paytaxtı Sənada keçirilən mərasimə Yəmən rəsmiləri də qatılıb.
Mərasimdə çıxış edən Yəmən müftisi Şəmsəddin Şərəfuddin bunları deyib: “Yəmənin İslam ümmətinin iki şəhidi Hacı Qasım Süleymani və Hacı Əbdül Mehdi Əl-Mühəndisin şəhadətinin birinci ildönümündəki anım mərasimi, ümmətimizin taleyi və mövqeyinin vəhdətini göstərir.
Şəhid Süleymani və şəhid Əl-Mühəndis İraq, Suriya və Fələstin mücahidlərinin qətiyyətini dirildə və müstəmləkə planını poza bildilər.
O zaman ki, ərəb rejimləri Fələstinə kömək etməkdən imtina etdi, şəhid Süleymani Qüds mücahidlərinə kömək etməyə hazır oldu”.
Yəmən Milli Qurtuluş Hökumətinin baş naziri Əbdüləziz bin Habtur isə mərasimdə bunları deyib: “Şəhid Süleymani və şəhid Əl-Mühəndis həyatlarını Fələstinə və Əl-Əqsa məscidinə həsr etdilər. Yəmən xalqı, şəhid komandirlərini xatırlayarkən İslam ümmətinin bütün rəmzlərini xatırlayır.
Müstəmləkə hegemonluğuna qarşı mövqeyimiz azadlıq və müstəqillik üçün vacibdir. Bölgədə barışığa gedənlər gizli mövqelərini və sionist rejimlə əlaqələrini ortaya qoydular. Biz də Fələstinin azadlığı uğrunda mübarizəni dayandırmayacağıq.
Müqavimət Tehrandan başladı. Bağdaddan Dəməşqə, Beyruta, Qəzzaya və oradan Sənaya çatdı. Bu müqavimət mübarizədəki tərəfdaşların müqavimətidir.
İran İslam Respublikasının Yəməndəki səfiri Həsən İrlo isə belə danışıb: “Bu gün Yəmən müqavimət cəbhəsinin döyünən ürəyi, dünyanın müqavimət və ümid oxunun üstün tərəfidir. Yəmən xalqının fədakarlıqları bölgənin siyasi coğrafiyası səviyyəsində ən çox təsir göstərir və Allahın köməyi ilə bu fədakarlıqlar böyük regional gücə çevriləcək.
Şəhid komandirlər Hacı Qasım Süleymani və şəhid Hacı Əbu Mehdi Əl-Mühəndisin terror edilməsi ilə müqavimət oxu zəifləməyib və bunun üçün çox dəlil var. Yəmən tarixi qarşıdurma, cihad və müqavimətlə doludur və bu tarix şəhid lider Hüseyn Bədruddin Əl-Husi tərəfindən canlandırıldı və Ənsarullahın rəhbəri Seyid Əbdülməlik Əl-Husi müqavimət təfəkkürünü davam etdirdi.
Yəmən təcavüz və mühasirəyə qarşı qətiyyəti ilə sionist və müstəmləkə planlarını alt-üst etdi. İran İslam Respublikası Yəmən xalqının yanındadır və təcavüzün əleyhinədir və Yəməndə ədalətli siyasi həllin tərəfdarıdır.
ABŞ, bölgədəki varlığının bitdiyini bilməlidir, Müqavimət Cəbhəsi isə möhkəm güc və iradə ilə yoluna davam edir. Şəhid Süleymaninin kabusu amerikalıları əbədi təqib edəcək. ABŞ-ın sanksiya siyahısına adımı əlavə etməsi müstəmləkəçilərin Yəməndəki diplomatik səylərdən narahatlığını göstərir”. 

Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi


Yəməndə şəhid Süleymani və şəhid Əl-Mühəndisin anım mərasimi keçirildi

  • Yazılıb
  • da (də) 2021 Jan 03
  • Göndərən جهان کمالی