Tarix : 2021 Jan 04
Kod 60721

Təbrizdə Hacı Qasim Süleymaninin şəhadətinin birinci ildönümü mərasimi keçirildi-Foto

Təbrizdə Vəliyyi-fəqihin təmsilçisi və bir sıra hərbi komandirlərin iştirakı ilə Hacı Qasim Süleymaninin şəhadətinin birinci ildönümünə həsr edilmiş mərasim keçirilib.
AranNews – Təbrizin İmam Xomeyni müsəllasında keçirilən anım mərasimində Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə təmsilçisi və Təbrizin imam cüməsi Seyid Məhəmmədəli Ali-Haşim öz çıxışında şəhid Süleymaninin şəxsiyyəti haqqında deyib: “Hacı Qasim millətlərin həmrəyliyində böyük rol ifa edirdi. Onun Putin, Ərdoğan və Bəşar Əsədlər görüşləri təcrübəli bir diplomat və bacarıqlı general məqamı kimi həmişə xatirələrdə qalacaq.”
Vəliyyi-fəqihin təmsilçisi Livan Hizbullahı Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın şəhid Hacı Qasim barədə danışdığı xatirələrə toxunaraq deyib: “Bu xatirələr çox maraqlıdır. O deyirdi: 33 günlük müharibə zamanı Hacı Qasim mənimlə əlaqə saxladı və Livana gəlmək istədiyini dedi. Biz onun gəlməsinə razı olmasaq da, o, buna təkid edirdi. Bütün təhlükələrə baxmayaraq, Hacı Qasim özünü Livana çatdırdı və bütün 33 günü bizim yanımızda qaldı.”
Təbriz imam cüməsi o vaxt “İsrail” ordusu ilə döyüşməyin və ona qalib gəlməyin inanılmaz olduğunu da vurğulayıb.
İmam cümə əlavə edib: “İŞİD-in İraq və Suriyanı işğal etdiyi bir vaxtda Hacı Qasimin Rusiyaya səfəri və Putinlə görüşü Suriya böhranında dönüş nöqtəsi oldu. Bu görüşdən 48 saat sonra Putin öz qüvvələrini Suriyaya göndərdi, bu qüvvələr Suriyada yerləşdikdən sonra demək olar ki, bütün hərbi əməliyyatlar SEPAH Qüds Qüvvələri və şəxsən Hacı Qasim ilə məsləhətləşdikdən sonra həyata keçirdi.”
Vəliyyi-fəqihin təmsilçisi Suriya böhranında sərdar Süleymaninin digər bir mücahidliyinə toxunaraq deyib: “Dəməşq süqut astanasında olduğu bir vaxt Hacı Qasim Bəşar Əsədlə görüşmək üçün Suriyaya getdi. Suriyanın vəziyyəti böhranlı idi və hər an Əsəd hökumətinin devrilməsi mümkün idi. Hacı Qasim bu görüşdə Bəşar Əsədə demişdi ki, hakimiyyətdə qalmaq istəyirsən, ya getmək istəyirsən? Əgər qalmaq istəyirsənsə, biz sizin yanınızdayıq. Əgər getmək istəyirsənsə, səni Suriyadan çıxaraq. Bəşar Əsəd də açıq demişdi ki, həm özüm, həm də ailəm Suriyada qalırıq. Bundan sonra Hacı Qasim müqavimət göstərməyi qərara aldı.”
Mənbə: Anac

 
  • Yazılıb
  • da (də) 2021 Jan 04
  • Göndərən جهان کمالی