Tarix : 2021 Jan 04
Kod 60725

Əllamə Ayətullah Misbah Yəzdinin alimlərin nəzərində

İslam İnqilabının böyük rəhbərinin başsağlığı mesajında Əllamə Məhəmmədtəqi Misbah Yəzdinin bəzi xüsusiyyətləri :Fəqih , Rəbbani (İlahi) alim, Hikmət sahibi, Mücahid , Görkəmli mütəfəkkir, Tövhid mərifətində süluk, Ləyaqətli müdir , Təqvalı və zahid, Yolgöstərən kitablar müəllifi, Seçilmiş şagirdləri yetişdirən, Haqqı deməkdə səlis natiq, Uzun müddətli mücahidlik , Meydanda inqilabi iştirak, Böyük müəllim, Siratəl-müstəqim”də istiqamət, Qədim və əziz qardaş, Saleh övladların atası, Dini təfəkkür icad edən
 Arannews- Əllamə Ayətullah Misbah Yəzdinin alimlərin nəzərində


 İslam İnqilabının böyük rəhbərinin başsağlığı mesajında Əllamə Məhəmmədtəqi Misbah Yəzdinin bəzi xüsusiyyətləri:     
Fəqih , Rəbbani (İlahi) alim, Hikmət sahibi, Mücahid , Görkəmli mütəfəkkir, Tövhid mərifətində süluk, Ləyaqətli müdir , Təqvalı və zahid, Yolgöstərən kitablar müəllifi, Seçilmiş şagirdləri yetişdirən, Haqqı deməkdə səlis natiq, Uzun müddətli mücahidlik , Meydanda inqilabi iştirak, Böyük müəllim, Siratəl-müstəqim”də istiqamət, Qədim və əziz qardaş, Saleh övladların atası, Dini təfəkkür icad edən

  
Əllamə Ayətullah Misbah Yəzdi İmam Xomeyninin (rə) nəzərində:
Cənab Misbah iki şəhadətin (Allah və Əhli-beytə (ə) şəhadətin) sahibidir.
Mən 40 ilə yaxındır ki, cənab Misbahı tanıyıram və ona bir fəqih, filosof, mütəfəkkir və İslamın əsas məsələlərində rəy sahibi kimi rəğbətim var. Əgər Allah Taala bizim hazırkı nəslimizə Əllamə Təbatəbayi və Şəhid Mütəhhəri kimi şəxsiyyətlərdən istifadə etmək tövfiqi vermədisə, amma, Allahın lütfü ilə bu əziz və dəyərli şəxsiyyət, bizim dövrümüzdə o əziz insanların yerinin boşluğunu doldurub. Mən Allaha şükr və həmd edirəm ki, bizim cavan nəslimiz ölkənin hər yerində ona (Ayətullah Misbah Yəzdiyə) çox böyük rəğbət bəsləyir və onun qədrini bilirlər.
 
 
 
Əllamə Ayətullah Misbah Yəzdi Əllamə Təbatəbainin (rə) nəzərində
Mənim şagirdlərim arasından Cənab Misbah, heç bir şeyi kənara atılmayan əncirə bənzəyir.
 
 
Əllamə Ayətullah Misbah Yəzdi Şəhid Ayətullah Behiştinin nəzərində
Əziz dost və hörmətli alim ... sizə bundan daha tez məktub yazmaq istəyirdim, amma, sakit bir saat axtarırdım ki, “dostların misbahı (çırağı)” olan Cənab Misbahla aydın fikirlə danışa bilim. Belə saatlardan az faydalanıram.

  • Yazılıb
  • da (də) 2021 Jan 04
  • Göndərən مدير سايت Aran News