Ustad Qəraəti : Bütün prezidentlər birlikdə ölsələr, belə bir cənazə müşayiəti olarmı
Arannews- Ustad Qəraətinin General Süleymani ilə ilk tanışlığından xatirəsi
Bütün prezidentlər birlikdə ölsələr, belə bir cənazə müşayiəti olarmı? Belə bir cənazə müşayiəti olmaz. İzzət Allahın əlindədir. Bu cənazə müşayiətinin yanında nə var idi? Pul var idi? Zor tətbiqi var idi? Mən özüm Süleymanini tanımırdım. Mən bir dəfə rəhbərin ofisinə getdim. Cənab Hicazi ilə işim var idi. Cənab General Süleymanini də tanımırdım. Orada əyləşmişdi. Cənab Hicaziyə dedim: “Xüsusi bir sözüm var, burda oturan şəxs kimdir?” Dedi: “Tanımırsan?” Dedim: “Yox.” Dedi: “General Süleymanidir.” Dedim: “A, adını eşitmişəm.”
Bir neçə il öncə, General Süleymanini bir neçə nəfər tanıyırdı. Üç il öncə, Möhsün Höcəcini neçə nəfər tanıyırdı? Allah bir işi etmək istəsə, bir gecədə hər şey dəyişər. Bir gecədə Bəni-Sədr süqut edər və bir gecədə Beheşti ucalar. 1 fevraldan (1979-cu il) 11 fevrala qədər (İran İslam İnqilabı prosesləri), bu on gündə hansı hadisələr baş verdi? Heç bir təqlid mərcəsinin şəkili İmam Xomeyninin (rə) şəkili qədər çap edilmədi. Şah dedi: “İmam Xomeyni olmayacaq.” Allah dedi: “Olacaq.” Züleyxa bütün qapıları bağladı ki, heç kəs başa düşməsin, hamı başa düşdü. Allahla əyri düşməyin. Əgər özünü paklasan, Allah yazacaq və özünü yazsan, Allah paklayacaq. Çox mühümdür.
Quran buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.” (“Məryəm” surəsi, 96-cı ayə) Sevimli olmanın sirri iman və saleh əməldir. Deməli, kimin imanı daha çox və saleh əməli daha çoxdursa, sevilməsi də daha çoxdur. Bu cənazə müşayiəti deyir ki; nə qədər məhəbbəti çox olsa, məlum olur ki, “iman gətirib yaxşı işlər görənlər” xüsusiyyəti daha çox olmuşdur.