Tarix : 2021 Jan 05
Kod 60729

Təbrizdə “Şəhid Süleymani Məktəbi” elmi vebinarı keçirildi

Təbrizdə general Salaminin müraciəti ilə “Şəhid Süleymani Məktəbi” elmi vebinarı keçirildi.
AranNews – General-leytenant Qasim Süleymaninin mətkəbinin açıqlanması istiqamətində Təbrizin Vadiyi-Rəhmət Şəhidlər Gülzarında “Şəhid Süleymani Məktəbi” elmi vebinarı keçirilib. Vebinarda əvvəl SEPAH komandiri general Hüseyn Salaminin müraciəti oxunub. SEPAH komandiri bu müraciətdə könüllərin sərdarının şəxsiyyətindən söz açıb və onun şücaətinə işarə edərək deyib:  “Bu gün elə bir kəsin şəhadət ildönümünü anırıq ki, iman, şücaət və əqidədə bənzərsiz idi. Onun adı və xatirəsi İran və İslam sərhədlərindən çox genişdir, bu gün bütün dünya onu məzlumları himayə etməkdə örnək kimi tanıyır. Günəşə daş atmaq və onu söndürməyə çalışan kəslərin işi çox pisdir.
 
Hacı Qasimin şəhadəti müqavimət dialoqunun qloballaşmasına başlanğıc
Dünyaya çatdırmaq lazımdır ki, Hacı Qasim şəxs deyil, məktəbdir, nöqtə deyil yoldur və onun şəhadəti son deyil, müqavimət dialoqunun qloballaşmasına başlanğıcdır. Sərdar Süleymaninin şəhadəti dünyada çox heyrətli bir oyanış yaratmış və geniş bir coğrafiyada yeni enerji xəlq etmişdir. Bunun bir nümunəsi sizin dəyərli və yadda qalan işinizdir. Şərqi Azərbaycan əyalətinin inqilabçı və qeyrətli cavanlarının himməti ilə bu işin davamlı olacağına inanıram.
Hacı Qasim zülmə məruz qalmış ölkə və millətlərə güc bəxş edirdi. Bu gün bizim üzərimizə böyük bir vəzifə düşür və o, bundan ibarətdir ki, yumşaq güc yaratmaqla Amerikanın düşüncə yumşaq proqramını və içiboş hegemonluğunu böyük problemlə üzləşdirək.”
SEPAH komandiri Şərqi Azərbaycan əyaləti universitetləri və elm camiəsinin bu elmi vebinarı təşkil etməsini yüksək dəyərləndirib, onlara öz təşəkkürünü bildirib.
Vebinarın davamında “Hacı Qasim Süleymani Məktəbi Ensiklopediyasının” təqdimatı oldu. Bir neçə cilddən ibarət olan bu ensiklopediya hazırlanmaqdadır və onun təkcə birinci cildinin təqdimatı olub.
 
Könüllər Hacı Qasimin ruhuna bağlanıb
SEPAH-ın Aşura korpusunun komandanı general Abidin Xürrəm elmi vebinarın natiqlərindən olub. O, Şərqi Azərbaycanın elm camiəsi və universitetlərinin işini qiymətləndirib və onlara təşəkkür edərək deyib: “Göz işlədikcə Hacı Qasimin yeri görünür. Lakin onun böyük ruhu könülləri bir-birinə bağlamışdır.”
Komandir çıxışının digər hissəsində deyib: “Hacı Qasim dünya məzlumlarının fəryadı idi. Hacı Qasim dünya müqavimət cəbhəsinin sənədi idi. Sərdar Süleymaninin şəhadəti şərəfin sərhəd tanımadığını sübuta yetirdi.”

 
Şəhid Süleymani olmasaydı, təkfirçilər misli görünməyən cinayətlər törədəcəkdilər
General Xürrəm çıxışının davamında Hərəm müdafiəçiləri və müqavimət cəbhəsinin roluna toxunaraq deyib: “Hərəm müdafiəçiləri təkcə torpağı deyil, həm də insanlığı müdafiə edirdilər. Əgər sərdar Süleymani olmasaydı, təkfirçilik cərəyanı Aşuranı çıxmaq şərtilə, misli görünməmiş cinayətlər törədəcəkdi.”
Şəhid Qasim Süleymaninin siyasi münasibətlərdə rolundan söz açan Aşura korpusunun komandiri deyib: “Hacı Qasim müqavimət və inqilab diplomatiyasını birləşdirməklə milli maraqların təmin edilməsini vücuda gətirdi. Hacı Qasim möhkəm düşüncə sahibi idi. Bu ensiklopediya Hacı Qasimin şəxsiyyətini və onun məktəbini zehinlərdə canlandırır.”
 
İslam İnqilabı amallarının təcəssümü
Qasim Süleymani Məktəbi elmi vebinarının digər natiqi Qüds Televiziyasının direktoru Nurəddin Şirin olub. N. Şirin deyib: “Hacı Qasim İslam İnqilabı amalları və İmam Xomeyni əndişəsinin eyni təcəssümü idi.”
Qüds telekanalının direktoru Hacı Qasimin bölgədəki fəaliyyətlərinə toxunaraq deyib: “Hacı Qasim imperializm cəbhəsinin bütün planlarını puç etdi. Hacı Qasim İslamın güzgüsü idi. Onun şəxsiyyətinə baxdıqda şəhid Behiştini, şəhid Rəcaini və İslam İnqilabının digər şəhidlərini görürük.”
Mənbə: Anac

 
  • Yazılıb
  • da (də) 2021 Jan 05
  • Göndərən جهان کمالی