Tarix : 2021 Jan 06
Kod 60733

Təbrizdə “Şəhid Qasim Süleymani Məktəbi Ensiklopediyası”-nın təqdimatı olub

Alim və tədqiqatçıların səyi ilə hazırlanmış və çap edilmiş “Şəhid Qasim Süleymani Məktəbi Ensiklopediyası”-nın giriş hissəsinin təqdimatı olub.
AranNews – Şərqi Azərbaycanın müqavimət cəbhəsinin qaziləri, məsul şəxsləri və universitet rektorlarının təşəbbüsü ilə keçirilən “Qasim Süleymani Məktəbi” elmi konfrans və vebinarında “Şəhid Qasim Süleymani Məktəbi Ensiklopediyası”-nın giriş hissəsinin təqdimatı olub.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə təmsilçisi Seyid Məhəmmədəli Ali-Haşim və SEPAH-ın Aşura korpusunun komandirinin də qatıldığı bu konfrans İslam İnqilabı Keşikçilər Qvardiyasının komandiri general Salaminin müraciəti ilə başlayıb.
Təbrizin inqilabçı və şərəfli xalqı tarixdə həmişə qabaqcıl olmuşdur və şəhid Süleymaninin anım mərasimində də milyonluq iştirakı ilə qan ağladı və bu addımı ilə Ali Məqamlı Rəhbərin xüsusi diqqətini özünə cəlb etdi. Belə ki, Ali Məqamlı Rəhbər şəhid Süleymaninin şəhadəti münasibətilə başsağlığı vermək üçün onun evinə getdikdə Təbriz əhalisinin qəhrəmanlığını vurğuladı və onu bir nemət adlandırdı. Bu gün də Təbrizin tanınmış alim, tədqiqatçı və mədəniyyət simalarının yorulmaq bilmədən səylərinin nəticəsində “Şəhid Qasim Süleymani Məktəbi Ensiklopediyası”-nın 400 səhifədən ibarət giriş hissəsi hazırlanıb və çap edilib. Bu təlaşlar şəhid Süleymaniyə aid digər əsərlərin nəşr edilməsi ilə davam edəcək.

 
  • Yazılıb
  • da (də) 2021 Jan 06
  • Göndərən جهان کمالی