Tarix : 2021 Jan 07
Kod 60738

Qarabağın yenidən qurulmasında iştirak edə biləcək sahələr nəzərdən keçirildi

Şərqi Azərbaycan valiliyində Azərbaycan Respublikası Otağının əyalət üzrə katibi: “Qarabağın yenidən qurulmasında iştirak edə biləcək sahələr, iqtisadiyyat və ticarət fəalları nəzərə alınıb.”
AranNews- Məhəmmədəli Nəccari “İRNA”-ya açıqlamasında deyib: “Bu sahələr Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında investisiya qoymaq, habelə iqtisadi fəalların və özəl şirkətlərin iştirakı üçün uyğundur. Bu üzdən İnvestisiya Təşkilatının Xarici İqtisadiyyat Əlaqələri Ofisinə, İqtisadi və Texniki Köməklər İdarəsinə, habelə İranın Bakıdakı səfirliyinə məktub göndərilib.”
Azərbaycan Respublikası Otağının katibi kənd təsərrüfatı və onun alt hissələrinə aid olan sahələrin İran və Şərqi Azərbaycan əylaətinin Qarabağda iştirak etmək üçün önəmli qabiliyyətə sahib olan sahələr adlandıraraq deyib: “Ölkə xaricində 4500 hektar ərazidə əkin, ət istehsalı üçün qoyunçuluğa aid olan heyvandarlıq, dəri, gübrə emalı, emal edilmiş qan kimi yan məhsullar, Tərbirzdə traktor istehsalı zavodlarının çox böyük və geniş potensiallara diqqət etməklə, traktor istehsalı üçün ikitərəfli əməkdaşlıq nəzərə alınmış sahələr sırasındadır.
M. Nəccari Qarabağın bərpasında iştirak etmək üçün İran və Təbrizin texniki və mühəndislik şirkətlərinin çox yaxşı bacarığının olduğunu vurğulayaraq deyib ki, bu bacarıqlara görə, həmin şirkətlər ən azından 200 km. yol, körpü və tunel tikintilərinin layihələşməsi və icrasında iştirak edə bilərlər.
Nəccari bunu da vurğulayıb ki, İran şirkətləri 30 min bina tikməyə qadirdirlər və Şərqi Azərbaycanın texniki və mühəndislik şirkətləri bundan əvvəl də Azərbaycanda 5000-dən çox mənzilin tikintisi ilə məşğul olublar.
Valilikdə Azərbaycan Respublikası Otağının əyalət üzrə katibi sement, asfalt, beton zavodları sənaye təsisatları, neft-qaz, su kəmərləri, elektrik enerjisi, yüksək gərginlikli stansiyalar infrastrukturları kimi təsisatların yaradılmasını da Qarabağın yenidən qurulmasında iştirak üçün nəzərdə tutulduğunu bildirib.
M. Nəccari Ali Məqamlı Rəhbərin İran və Azərbaycan Respublikası arasında iqtisadi münasibətlərin 10 dəfə artırılmasına təkid etməsinə də toxunaraq deyib: “Dövlət siyasətinin iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsi və Qarabağın yenidən qurulmasında iştirak etmək istiqamətində izlənməsinə diqqət etməklə, iqtisadi, ticari, ağır sənaye fəalları və müxtəlif sahələrin özəl şirkətləri yuxarıda vurğulanan işləri öhdəsinə almağa və icra etməyə hazır olduqlarını bildiriblər.”

 
  • Yazılıb
  • da (də) 2021 Jan 07
  • Göndərən جهان کمالی