Tarix : 2021 Jan 08
Kod 60741

AİP Qadınlar Şurasının sədri: Düşmənlər terror etməklə öz məqsədlərinə çatacaqlarını güman etməsinlər

Növrəstə İbrahimova Amerika və sionist rejiminə səslənərək onların terror və qətllə öz məqsədlərinə çatmayacaqlarını vurğulayıb.

Arannews: xəbər verir ki, Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Növrəstə İbrahimova şəhid Süleymani, Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin uca məqamının anılması vebinarında Fatimiyyə günləri və şəhid Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə İmam Zamana (əc), Ali Məqamlı Rəhbərə və bütün dünya müsəlmanlarına başsağlığı verərək deyib: “Hacı Qasim Süleymaninin şəhadəti İmam Hüseynin (ə) Kərbəla səhrasında şəhadəti kimi bütün ölüləri diriltdi, yatmışları oyatdı. Sərdar Süleymani öz şəhadəti ilə hamıya insanın hansı məqsəd üçün yarandığını göstərdi. O, həyatının əvvəlindən ömrünün sonuna kimi İslam prinsiplərinə sadiq qaldı və mən bir insan kimi Hacı Qasimə qibtə edirəm.”
Qadınlar Şurasının sədri əlavə edib: “Hacı Qasim öz şəhadəti ilə İmam Hüseyn (ə) yolunu necə getmək lazım olduğunu tarixə sübut etdi. Hacı Qasim Süleymani kimilərin şəhadəti ilə bir çoxlarına hidayət neməti nəsib oldu. Hidayət olmayanların isə vay olsun halına, çünki Yezid və Allaha qarşı düşmənçilik yolunu tutublar.”
Koronavirus pandemiysının bütün dünyanı öz caynağına almasına və heç kimin onun qarşısını ala bilməməsinə toxunan N. İbrahimova deyib: “Sionistlər və amerikalılar terror və qətl vasitəsilə öz məqsədlərinə çatacaqlarını güman etməsinlər. Hacı Qasimin şəhadətindən sonra bir çox hadisələr baş verdi və onların hamısı Allahın iradə və istəyilə idi. Bütün dünya xalqları bəsirətlə ayağa qalxdı və bu Hacı Qasim və Polad Haşimov kimi şəhidlərin qanının bərəkətindəndir.”
AİP Qadınlar Şurasının sədri çıxışının sonunda deyib: “Bizim şəhid və döyüşçülərimizin bütün qələbələri İmam Hüseyin (ə) məktəbindən dərs almaqla olmuşdur. Onlar döyüş cəbhələrində namazlarını qıldığı halda düşmənin qarşısında dayandılar və zəfər çaldılar. Allahın salam və rəhməti olsun İslam şəhidlərinin, xüsusilə də şəhid Hacı Qasim Süleymani və Qarabağ şəhidlərinin pak ruhlarına.”

  • Yazılıb
  • da (də) 2021 Jan 08
  • Göndərən جهان کمالی