Tarix : 2021 Jan 10
Kod 60747

Azərbaycanda son sutkada 1 682 nəfər COVID-19-dan sağalıb, 21 nəfər vəfat edib

Bakı, 9 yanvar, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1 682 nəfər müalicə olunaraq sağalıb.

Arannews-Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 21 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264, bu günə qədər isə ümumilikdə 2 259 555 test icra olunub.

  • Yazılıb
  • da (də) 2021 Jan 10
  • Göndərən جهان کمالی