ACP-nin seçkilərdə iştirak edib-etməyəcəyi bəlli deyil
Azerbaijan Servisi/Aran Agentliyi
Açıq Cəmiyyət Partiyası (ACP) liderinin Azərbaycanda olmaması bu siyasi qüvvənin prezident seçkilərində iştirakını sual altında qoyub.
Partiyanın sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, ACP-nin seçkilərdə iştirak edib-etməyəcəyi bəlli deyil. Onun sözlərinə görə, R. Quliyev ölkədə olmadan dəfələrlə seçkilərə qatılaraq uğur qazanıblar, amma real nəticə əldə edilməyib: “Biz bu ənənəvi üsuldan əl çəkib, seçki dövründə liderimizin Azərbaycanda olmasına çalışırıq. Seçki prosesində iştirak edib-etməmək isə ikinci məsələdir. Amma seçkidə iştirakda maraqlıyıq”. Rəsul Quliyevin Azərbaycana gələ bilməyəcəyi təqdirdə partiyanın seçkidə iştirak edib-etməyəcəyinə gəldikdə, A. Şahbazov bu barədə əvvəlcədən qəti fikir söyləməyi mümkünsüz sayıb. Bununla bərabər partiya sədri qeyd edib ki, onlar başqa namizədi dəstəkləmək fikrində deyillər.