Tarix : 2021 Jan 12
Kod 60761

Təzəpir məscidinin imam camaatı: Şəhid Süleymani bütün dünya müsəlmanlarının qəhrəmanıdır

Bakının Təzəpir məscidinin imam camaatı və Qafqaz Müsəlmanları İdarəsinin baş eksperti Mircəfər Əyyubov deyib: “Şəhid Süleymani bütün dünya müsəlmanlarının qəhrəmanıdır.”

 Arannews: Mircəfər Əyyubov bazar günü general-leytenant Hacı Qasim Süleymaninin şəhadət günü münasibətilə çıxışında deyib: “Əgər bu şəhidin mübarizəsi olmasaydı, İŞİD terror qrupu dünya müsəlmanları, o cümlədən Azərbaycan Respublikası, ümumiyyətlə bütün bəşəriyyət üçün ciddi təhdidə çevrilirdi.”
Azərbaycanlı ruhani vurğulayıb ki, şəhid Süleymani təkcə İran deyil, bütün bəşəriyyətə xidmət göstərdi. Ona görə də bu şəhid bütün dünya cəmiyyətinə aiddir. O əlavə edib: “Bu şəhid sərdar daim insani dəyərləri əsas tutaraq təkfirçilik və ekstremizm təfəkkürü əleyhinə mübarizə aparmışdır.”
Qafqaz Müsəlmanları İdarəsinin eksperti şəhid Qasim Süleymaninin insanları, İraq və digər ölkələrin ərazi bütövlüyünü müdafiə etdiyini vurğulayaraq deyib: “Bu uca məqamlı şəhid İraqa daxil olana kimi İŞİD terrorçuları bu ölkədən beş minə yaxın qadını İŞİD terrorizmini dəstəkləyən digər ərəb ölkələrinə apararaq cinsi kölə kimi satmışdılar.”
Mircəfər Əyyubov bildirib ki, şəhid Süleymani İraqda türkmən, kürd, ərəb və yəzdiləri, hətta bütpərəstləri müdafiə etmişdir, bu mübarizədə sünni, şiə, kürd, türkmən və ərəblər heç bir din və milliyyətindən asılı olmayaraq onun yanında olmuşdur.
Şəhid Süleymaninin bütün bəşəriyyətə xidmət göstərdiyini vurğulayan M. Əyyubov deyib: “Bütün bəşəriyyətə edilmiş bu xidməti görməməzliyə vurmaq çox insafsızlıqdır.”
Bakının Təzəpir məscidinin imam camaatı çıxışının digər hissəsində şəhid Süleymaninin hərbi komandir olmaqla yanaşı, həm də ibadət və etikaf əhli olduğunu qeyd edərək deyib ki, şəhid Hacı Qasim Süleymani ömrünü zülmlə mübarizəyə, müxtəlif ölkələrdə insanların tapdalanmış haqlarını müdafiə etməyə həsr etmişdi. Ona görə də Avropa, Amerika, Asiya və Afrika ölkələrinin çoxunda cəmiyyətin müxtəlif sinifləri bəşəriyyətə qarşı təhdidlərlə mübarizə yolunda öz canını əsirgəməyən bu şəhidin xatirəsini uca tuturlar.
Qafqaz Müsəlmanları İdarəsinin eksperti əlavə edib: “Bölgədə İŞİD adlı çox təhlükəli bir xərçəng zühur etdi, getdikcə dünyanın bir milyard yarım müsəlmanı, o cümlədən Azərbaycan Respublikası üçün ciddi təhdidə çevrildi. Şəhid Süleymani bu lənətə gəlmiş cərəyanın qarşısının alınmasında dəyərli xidmət göstərdi. Elə həmin səbəbdən o təkfirçi qrupun ağaları bu şücaətli komandirin mübarizəsinə tab gətirə bilmədi və onu çox namərdcəsinə şəhid etdilər.”

  1. Əyyubov vurğulayıb ki, şəhid general Süleymani İraq, Suriya, Livan, Fələstin, Yəmən və digər ölkələrdə həmişə zülmə məruz qalmış xalqların yanında olmuşdur, şəhid olmasına baxmayaraq İslam düşmənləri hələ də onun adının çəkilməsindən qorxurlar.

  • Yazılıb
  • da (də) 2021 Jan 12
  • Göndərən جهان کمالی