Tarix : 2021 Jan 13
Kod 60764

8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.

Arannews-Modern.az xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olan bayram günlərinə aid edilir.
Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür. Həmin gün iş günü hesab edilir.
Qeyd edək ki, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

  • Yazılıb
  • da (də) 2021 Jan 13
  • Göndərən جهان کمالی