Tarix : 2021 Jan 13
Kod 60768

Azərbaycan İslam Partiyası sədrinin həbsindən 3658 gün ötdü

Azərbaycan İslam Partiyasının sədri, tanınmış ruhani və həkim Hacı Mövsüm Səmədov Qarabağ münaqişəsinin həllini, rüşvət və korrupsiyaya qarşı mübarizə aparılmasını tələb etdiyi, habelə hicab əleyhinə qadağalara etirazınını bildirdiyi, sionist rejimini Azərbaycanda anti-din addımların əsil mənşəyi kimi tanıtdığı üçün 7 yanvar 2011-ci ildə həbs edildi və onun bərəkətli ömrünün 3658 günü bu ölkənin həbsxanasında keçmişdir.
Arannews-AİP sədri Hacı Mövsüm Səmədov Qarabağmünaqişəsinin həllini istədiyi və bu məsələni izlədiyi, rüşvət və korrupsiyaya qarşı mübarizə aparılmasını tələb etdiyi, habelə hicab əleyhinə qadağalara etirazına və sionist rejimini Azərbaycanda anti-din addımların əsil mənşəyi kimi tanıtdığı kimi səbəblərdən 7 yanvar 2011-ci ildə həbs edildi, ona qarşı silah saxlama və gəzdirmə, Quba şəhərində yaşayan yəhudiləri terror etməyə təlaş, hökumət əleyhinə hərəkətlər, cəmiyyəti qiyama təhrik etmək və s. kimi əsassız ittihamlar irəli sürüldü, lakin onu qeyd olunan işlərdə təqsirli bilmək üçün məhkəmə qəbul edəcək heç bir sübut təqdim edilmədi.
M. Səmədov bir vətəndaş, İslam alimi və sadiq həkim olaraq, hamı kimi Azərbaycanın müsəlman cəmiyyətini sevirdi, bu ölkənin işğal olmuş Qarabağ torpaqlarına görə narahat idi. Gözəl əxlaqi keyfiyyətlərə sahib olan bu ruhani həbsxanada olduğu üçün Qarabağın İslam torpağı olaraq azad edilməsində döyüş cəbhəsində iştirak edə bilməsə də, daima müraciət və bəyanat vasitəsilə Qarabağın azad edilməsinə dəstək verirdi. Hətta onun oğlu Zeynülabidin Səmədova 44 günlük Qarabağ müharibəsində şücaət və rəşadət göstərdiyinə görə, “Cəsur döyüşçü” medalı verildi.
Mübariz ruhaninin hökumət işçilərinin iqtisadi korrupsiyasının qarşısının alınması barədə haqlı tələblərinə ötən illər ərzində Azərbaycan dövləti tərəfindən diqqət yetirildi, habelə bu ölkədə müsəlman qadınlara qarşı sərt hicab qadağaları yumşaldıldı.
AİP sədri həzrət Fatimə Zəhranın (ə) şəhadəti günlərində Bakıda Fatimə Zəhra (ə) məsdinin dağıdılması hökmünə etiraz edərək, bu qərarı verənləri Allahın və Fatimə Zəhranın (ə) düşmənləri adlandırdı. Sonda davamlı izləmələr və aylarla davam edən keşməkeşlərdən sonra İlham Əliyevin göstərişi ilə sözügedən məscidin dağıdılması dayadırıldı və onun yarımçıq qalmış tikintisinin başa çatdırılması Qafqaz Müsəlmanları İdarəsinə tapşırıldı.
Yeri gəlmişkən qeyd edək ki, qabaqcıl və tələbkar alim və həkimin bütün tələbləri bir-bir həyata keçməkdədir və ömrünün 10 ilini ondan almış ədalətsiz məhkəmə hakiminin öz vicdanını necə sakitləşdirəcəyi məlum deyil.
M. Səmədov həm sadiq həkim, həm də imkanlı ailədən idi. Adi həyat tərzi yaşaya bildiyi halda İslam, hicab, şiəlik və zülmə məruz qalmış insanların müdafiəsi yolunu tutdu, adi insanlar arasında yaşadı, onlarla mehriban münasibətlər yaratdı. Belə ki, bu azərbaycanlı həkimin xüsusiyəti və davranışı onun bir ziyalı insan kimi üstünlüyünü açıb göstərdi.
Doktor Mövsüm Səmədov həkimlik ixtisası üzrə təhsilini bitirdikdən və SSRİ-nin parçalanmasından sonra İrana yollandı, Qum Elmi Hövzəsində dini elmləri öyrənməyə başladı, Azərbaycana qayıtdıqdan sonra 2007-ci ildə İslam Partiyasının sədri seçildi. 4 il partiyaya rəhbərlik etdikdən sonra qanuni, dini və humanitar tələblərinə görə, 2011-ci ildə əsassız ittihamlarla 12 il müddətində həbsə məhkum edildi. Bu il böyük şiə aliminin ədalətsiz həbsindən 10 il ötür. Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildə Azərbaycan Respublikasını doktor Səmədovun hüquqlarını pozduğu və ona mənəvi zərər vurduğu üçün 4000 avro kompensasiya ödəməyə məhkum etdi.
Doktor Səmədovu dəstəkləyən ədalətli insanlar, hətta qeyri-müsəlmanlar arasında onun vəkilliyini könüllü olaraq öhdəsinə almış fransalı məşhur vəkil Andre Çaminin adını çəkmək olar. Fransalı vəkil dəfələrlə həbsxana rəhbərliyini islamçı məhbusun vəziyyətinə diqqətsiz yanaşmalarına görə tənqid etdi. A. Çami açıqlamalarının birində dedi: “Səmədovun beynəlxalq vəkil tutmağına icazə verilməməsi, beynəlxalq məhkəmə qanunlarının pozulmasının ən bariz nümunəsidir.” Vəkil digər açıqlamasında dedi: “Mövsüm Səmədovun məhkəməsində baş vermiş ədalətsizliklər məni bu mövzuya laqeyd qalmamağa məcbur etdi.”
AİP sədri Azərbaycan hökumətinin addımlarına etiraz olaraq həbsxanada başladığı acılq aksiyasını 11 sentyabr 2016-cı ildə Ayətullah əl-üzma Məkarim Şirazinin tövsiyəsi ilə dayandırdı. Təəssüflər olsun ki, bu uzun müddət ərzində KİV-lər bu həkim və İslam alimini beynəlxalq səviyyədə, xüsusilə də İslam dünyası səviyyəsində tanıtmaq istiqamətində öz missiyasına əməl etməmişdir və bu KİV-lərin qüsuru onun məzlumluğunu neçə qat artırmışdır.
  • Yazılıb
  • da (də) 2021 Jan 13
  • Göndərən جهان کمالی