Tarix : 2008 Jul 25
Kod 6077

TÜRKİYƏLİ İSLAM ALİMİ ŞEYX GÖLƏLİ VƏFAT EDİB

Mərhum uzun illər İraqın Nəcəf Hövzəsində İslami elmlər təhsil aldıqdan sonra İranın Qum şəhərində təhsilinə davam etmişdir
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin İslam alimlərindən olan Höccətülislam Şeyx Göləli dünyasını dəyişib.

Almaniyada əməliyyat üçün gedən Şeyx Həmzə Göləli əməliyyat zamanı dünyasını dəyişib.

Mərhum uzun illər İraqın Nəcəf Hövzəsində İslami elmlər təhsil aldıqdan sonra İranın Qum şəhərində təhsilinə davam etmişdir. Vətəninə döndükdən sonra illərcə İslam dininin və Əhl-i Beyt məktəbinin yaxşı başa düşülməsi üçün böyük mübarizələr vermiş və bir çox zəhmətə dözmüşdür. Iğdırda uzun illər vəzifə yerinə yetirdikdən sonra əvvəl Hollandiyanın Denhag şəhərində illərcə xidmət etdikdən sonra Almaniyanın Frankfurt şəhərinə gedən İmam-ı Zaman (a. c) məscidində xidmət göstərmişdir.

Diqqətinizə çatdıraq ki, Şeyx Göləlinin öğullarından biri Bakıda Tibb universitetinin məzunu olub.

Mərhum ayrıca olaraq Avropa Alimlər Birliyi İdarə heyəti üzvlüyü və Türkiyə Cəfəri Alimləri Dərnəyi Yüksək Məşvərət şurası üzvlüyündə vəzifə yerinə yetirməkdə idi.

İslam-Azeri adından bizdə ona Allahdan rəhmət və məğfirət istəyir, ailəsinə, dostlarına və yaxınlarına baş sağlığı veririk!
  • Yazılıb
  • da (də) 2008 Jul 25