İslam peyğəmbərinin (s) əziz qızı Həzrəti Fatimeyi Zəhranın (ə) şəhadəti münasubəti ilə və Şəhid Məarif Səfərovun anılması ilə yanaşı Qarabağ şəhidlərinin xatirəsini əzizləmək üçün xüsusi mərasim Təbrizdə təşkil oldu.
Arannews- Təbriz Radiosunun məlumatına görə HZ.Fatimeyi Zəhranı (ə) sevənlər,Şəhid Səfərovun dostları və Təbrizin beynəlxalq Camiyətül-Müstəfa Universitetinin azərbaucanlı tələbələrindən bir iddəsinin iştirak etdiyi bu möhtəşəm mərasimdə Camiyətül-Müstəfa Universitetinin rektoru höccətül-İslam Dr.Bəxtavər şəhidlərin ali dərəcəyə malik olmalarını bəyan edərək İslam şəhidlərinin xatirəsini əzizlədi.
Dr.Bəxtavər HZ.Zəhranın (ə) yüksək dərəcə və məqamına toxunaraq dedi:”Biz həzrətlərinin necə ali rütbəyə malik olmasını bəyan edəbilmərik və sadəcə Həzrəti peyğəmbərin (s) və məsum imamların (ə) hədislərini mütaliyə etməklə peyğəmbərin əziz qızının özəlliklərindən bir hissəsi ilə tanış olabilərik.
Dr.Bəxtavər çıxışının davamında Həzrəti Fatmənin(ə) İslamın əziz peyğəmbərinin nəzdində yüksək dərəcəsinə və olnların arasındakı ünsiyyət və məhəbətə toxunaraq İslam peyğəmbərini bu məşhur buyuruşunu xatırlatdi ki:Fatimə mənim vücudumun bir parçasıdır,kim onu incidərsə əslində məni incitmiş olub.
Dr.Bəxtavər çıxışının davamında mərasimdə iştirak edən Camiyətül-Müstəfanın azərbaycanlı tələbələrinə xoş gəldin deyib,İslam torpağı olan Qarabağın İşğal olunmasına toxunaraq dedi:Qarabağ 27 il erməni işğalında qaldıqdan sonra müsəlman azərbaycanlı mücahidlərin himməti ilə azad oldu.
O dedi:Şəhid Səfərov bir müddət Təbrizdə qaldı,lakin Qarbağ cəbhəsində iştirakını lazım gördükdə din mərcələrinin fitvasına itaət edib,İslam torpağının azad edilməsi üçün mübarizə meydanına getdi və onun kimi gənclərin iştiraki ilə Qarabağ iki aydan az müddət içərisində ermənilərin işğalından azad oldu.
Mərasimin sonunda Həzrəti zəhra (s) və Həzəri Əbi-Əbdullah Hüseynin (ə) aşıqləri sinə vurmaqla,növhə oxumaqla əzadarlıq edib,İslam ,İran və Qarabağ şəhidlərinin xatirəsini ağırladılar.