Tarix : 2021 Jan 17
Kod 60782

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb, yanvarın 18-dən bəzi yumşalmalar olacaq

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb, yanvarın 18-dən bəzi yumşalmalar olacaq
Arannews:Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə ləğv olunur.
2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
 bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
muzey və sərgi zallarının fəaliyyəti;
şəhərlərarası və rayonlararası hərəkət.
Azərbaycanda 1 fevraldan etibarən ictimai iaşə obyektləri,  eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur.
  • Yazılıb
  • da (də) 2021 Jan 17
  • Göndərən جهان کمالی