Tarix : 2021 Jan 17
Kod 60786

Pakistanın baş naziri: Heç bir ölkə İran kimi müqavimət və öz ayağı üstə dayanma mövqeyində deyil

Pakistanın baş naziri İmran Xan, yerli kanal olan BOLNews-a verdiyi müsahibədə bildirib: Pompeonun İran İslam Respublikası əleyhinə səsləndirdiyi ittihamlar və bu ölkəni əl-Qaidə ilə əlaqələndirməsi qətiyyən inandırıcı deyil və heç bir ölkə İran kimi müqavimət və öz ayağı üstə dayanma mövqeyində deyil.
Arannews- Pakistanın baş naziri İmran Xan, yerli kanal olan BOLNews-a verdiyi müsahibədə bildirib: Pompeonun İran İslam Respublikası əleyhinə səsləndirdiyi ittihamlar və bu ölkəni əl-Qaidə ilə əlaqələndirməsi qətiyyən inandırıcı deyil və dünya belə sözləri qəbul etmir.
İmran Xan dedi: Heç şübhə yoxdur ki, Pompeo belə əsassız ittihamları İran əleyhinə səsləndirməklə, İsrailin  razılığını cəlb etmək istəyir. Əlbəttə, bəlkə də o özünü 2024-cü il seçkilərinə hazırlayır və bu məqsədlə sionizm lobbisinin dəstəyini cəlb etmək fikrindədir.
O bildirib: Regionda yalnız İsrail İranın zəifləməsini istəyir. Heç bir ölkə İran kimi müqavimət və öz ayağı üstə dayanma mövqeyində deyil. Buna görə də, Amerika Suriya və İraqdan sonra, İranda qarışıqlıq yaratmaq fikrindədir.
İmran Xan əlavə etdi: Təəssüflər olsun ki, Tramp dövlətinin xarici işlər nazirinin bütün siyasətləri sionist rejim olan İsrailin razılığını cəlb etməyə yönəlib.
 
  • Yazılıb
  • da (də) 2021 Jan 17
  • Göndərən مهدی امیری