Tarix : 2021 Jan 18
Kod 60788

Türkiyə ilə Azərbaycan yeni hərbi təlimlərə hazırlaşır

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək.
 "Arannews-TRT Haber"ə istinadən xəbər verir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.
Birgə təlimlərdə məqsəd əməkdaşlıq və koordinasiyanı təmin etmək, müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınaqdan keçirməkdir.
Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olduğu bildirilir.
  • Yazılıb
  • da (də) 2021 Jan 18
  • Göndərən جهان کمالی