Tarix : 2021 Jan 18
Kod 60790

Azərbaycanda 2 gün əvvəl ordudan tərxis olunan könüllü əsgər niyə öldü? – SƏBƏB

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu ötən gün vəfat edib.

Arannews-Aztimes.Az xəbər verir ki, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2021 Jan 18
  • Göndərən جهان کمالی