Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov özünün "facebook" səhifəsində son günlər sosial şəbəkələrdə və mediada onun haqqında gəzən söz-söhbətə nöqtə qoyub.
Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, facebook profilində salamat olduğunu və yaradıcılığla məşğul olduğunu bildirib:
"Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda- bizim.media az, bakupost az, publika az, axar az, demokrat az, yenisabah az və “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində "Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar. Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yadadıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar".
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, facebook profilində salamat olduğunu və yaradıcılığla məşğul olduğunu bildirib: