2020-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub
Arannews :Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) bildirilib ki, keçən il federal idarəyə 748 Azərbaycan Respublikası vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.
BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15 % azalma deməkdir. (report)