Azərbaycan Respublikasının baş nazir müavini İranın energetika nazirinin Araz hövzəsi ölkələrinin birgə işçi qrupunun təşkili barədəki təklifini alqışlayıb.
Arannews :Iranın energetika naziri Reza Ərdəkaniyan Tehranda iki ölkənin iqtisadi həmkarlıqlar üzrə birgə komissiyasının kənarında Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev ilə görüşdə bu hövzə ölkələrinin əlliillik keçmişinə işarə ilə təklif edib ki, həmin su hövzəsinin birgə işçi qrupu bu çayın ətrafında yerləşən ölkələrin, yəni İran, Azərbaycan Respublikası, Ermənistan və Türkiyənin həmkarlığı ilə təşkil olunsun.
Şahin Mustafayev də bu görüşdə Tehran ilə Bakının iqtisadi əlaqələrinin önəmini vurğulayaraq, bildirib ki, göstəricilərə və diaqramlara nəzər salmaqla iki ölkənin müxtəlif sahələrdə, o sıradan nəqliyyat, enerji və digər sahələrdəki həmkarlıqları inkişaf edib və keçmişə nisbətən artıbdır.
Mustafayev həmçinin İran və Azərbaycan Respublikasının iqtisadi həmkarlıqlar üzrə 14-cü birgə iclasına və iki tərəf arasında anlaşma sənədinin imzalanmasına toxunaraq, İranın energetika nazirinin Araz hövzəsi ölkələrinin birgə işçi qrupunun təşkili barədəki təklifini alqışlayıb.