Tarix : 2021 Jan 22
Kod 60806

ABŞ şəhərlərində baş verən ixtişaşlarda bayraqlar yandırıldı

Co Baydenin ABŞ-ın yeni prezidenti kimi and içməsindən bir neçə saat sonra, ölkənin bir neçə şəhəri təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında nümayiş və qarşıdurmalara səhnə olub.

Arannews : xəbər verir ki, Qərb mətbuatının verdiyi məlumata görə, təxminən 200 amerikalı etirazçı Oreqon, Portland ştatlarında ABŞ Gömrük və Mmiqrasiya Xidmətlərinin binasına daş və yumurta atıblar.
“Deyli Meyl” qəzeti etirazçıları dağıtmaq üçün federal polisin gözyaşardıcı qaz və tüstü qumbaraları istifadə etdiyini bildirib.
Antifa müstəqil sol qanadlı anti-irqçi hərəkatın üzvləri, Portlanddakı Gömrük və Miqrasiya Departamentinin binası qarşısında toplaşaraq, binaya əşyalar atıblar, Demokrat partiyanın ofislərinin şüşələrini sındırıblar və Baydenə qarşı şüarlar səsləndiriblər.
Kolorado ştatının Denver şəhərində kommunist və antifaşist etirazçılar ştatın dövlət binasının yaxınlığında ABŞ bayrağını yandırıblar.
Vaşinqtonun Sietl şəhərində bir qrup Antifa etirazçısı dünən (20 yanvar) gecə şəhərin mərkəzindəki vitrinləri və ofisləri dağıdıblar.
Sietl polisi Antifa üzvlərinin Nakamura Federal Məhkəməsinin şüşələrini sındırdıqlarını söyləyib.
Bəzi ABŞ mediasında gedən xəbərlərə görə, Antifa hərəkatının təxminən 60 üzvü Kaliforniya ştatının Sakramento şəhərində keçirilən etiraz aksiyalarında dəyənək gəzdirirdi.
Deyli Meyl qəzetinin yazdığına görə, ABŞ-ın müxtəlif şəhərlərindəki etiraz və ixtişaşların intensivliyi elə həddə olub ki, təhlükəsizlik qüvvələri Demokrat Partiyanın binalarına aparan küçələri bağlamağa məcbur olub.
İnternetdə yayımlanan videolarda təhlükəsizlik qüvvələri tərəfindən mitinqləri dağıtmaq üçün atılan səs qumbaralrının səsləri eşidilir.
Deyli Meyl qəzetinin verdiyi məlumata görə, Portlanddakı etiraz aksiyaları Baydenin andiçmə mərasimindən bir neçə saat sonra dünən (20 yanvar) gecə başlayıb.
Məlumata görə, etirazçılar Portland küçələrində ABŞ polisi və Baydenə qarşı şüarlar yazılmış plakatlar daşıyıblar.
Bəzi etirazçılar “Qaraların Həyatı Vacibdir” hərəkatını dəstəkləyən şüarlar səsləndirib, bəziləri vəziyyəti yaxşılaşması üçün siyasət tələb ediblər.
Təhlükəsizlik qüvvələrinin bəzi etirazçıları saxladığı, ancaq dəqiq sayını açıqlamadığı bildirilib.
İnauqurasiyadan əvvəl ABŞ-ın müxtəlif şəhərlərində, xüsusən Vaşinqton vilayətində təhlükəsizlik tədbirləri gücləndirilib və ABŞ Milli Qvardiyasının minlərlə əsgəri paytaxtda yerləşdirilib. 

  • Yazılıb
  • da (də) 2021 Jan 22
  • Göndərən جهان کمالی