Tarix : 2008 Jul 26
Kod 6081

Türkiyənin Hakkari rayonunda dalbadal 2 partlayış baş verib

Partlayış nəticəsində dəmir körpü havaya uçub
Turkyə Servisi/Aran Agentliyi
   Verilən məlumata görə, Məzarlıq məhəlləsindən keçən suvarma kanalının üzərindəki körpünün altına yerləşdirililmiş partlayıcı, gecə saat 00:30 radələrində partlayıb. Partlayış nəticəsində dəmir körpü havaya uçub.Bu partlayışdan təxminən 2 saat sonra, Məzarlıq məhəlləsindəki iş yerinə,naməlum şəxslər tərəfindən əl bombası atılıb.Partlayış nəticəsinə, ölən və yaralanlar olmasa da, ətrafdakı ev və iş yerləri həmçinin ibtidai məktəbə maddi ziyan dəyib. Partlayışdan sonra, hadisə yerinə gələn hüquq mühafizə orqanı əməkdaşları, ərazidə geniş miqyaslı əməliyyat axtarış tədbirlərinə başlayıblar.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 26