Tarix : 2021 Jan 21
Kod 60810

AİP lideri : 20 Yanvar günü ildönümü münasibətilə Azərbaycan xalqına baş sağlığı verirəm

Mən qanlı-qadalı 20 Yanvar günü ildönümü münasibətilə Azərbaycan xalqına baş sağlığı verirəm, Allah-Təaladan həm 20 yanvar, həmçinin də, Qarabağ uğrunda şəhid olmuş bütün həmvətənlərimizin ruhlarının bağışlanmasını diləyirəm.
Arannews-  
“20 Yanvar” günü münasibətilə
 
Bismillahir Rəhmanir Rəhim
 
Artıq 2021ci ilin 20 yanvar gününü – Azərbaycan xalqı üçün tarixdə matəm günü kimi qalan günü qarşılayırıq. Belə bir gündə Azərbaycan xalqı 31 il bundan öncə, böyük bir faciə ilə üzləşdi. Sovet ordusu soyuqqanlılıqla Bakı küçələrində Azərbaycan xalqını qanına qəltan etdi. Çox təəssüflər olsun ki, elə o zaman bu qətliam lazımınca işıqlandırılıb məhkum edilmədi. Amma Azərbaycan xalqına qarşı yönələn bu kimi rəftarlar xalqımızın azadlıq ruhiyyəsini nəinki sındırmadı, bəlkə onun bir az da yüksəlməsinə bais oldu.
 
Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə günü bu gün də öz şəhidlərinin pak qanı ilə davam etməkdədir. Bugün Qarabağın azad edilməsi uğrunda döyüşənlər həmin yolun davamçıları, həmin düşüncələrə sahib olan insanlar və onların böyütdüyü nəcib övladlardır ki, döyüş cəbhələrində Azərbaycan xalqının başını ucaltmışlar. Tamamilə olmasa da, Qərb dövlətlərinin meylinə rəğmən, işğal edilmiş torpaqlarımızın bir çox hissəsini işğaldan azad etməyə nail olmuşlar.
 
Mən qanlı-qadalı 20 Yanvar günü ildönümü münasibətilə Azərbaycan xalqına baş sağlığı verir, Allah-Təaladan həm 20 yanvar, həmçinin də, Qarabağ uğrunda şəhid olmuş bütün həmvətənlərimizin ruhlarının bağışlanmasını diləyirəm. Habelə, onların valideynlərinə və əzizlərinə baş sağlığı verirəm.
 
Ümidvaram ki, Azərbaycan xalqı öz müqəddəs hədəflərinə doğru daima inamla addımlayacaq, inşəAllah!
 
Mövsüm Səmədov
  • Yazılıb
  • da (də) 2021 Jan 21
  • Göndərən مدير سايت Aran News