Tarix : 2021 Jan 25
Kod 60819

Ərdəbilin imam cüməsi: Ərdəbil-Azərbaycan dəmiryolu terminalının inşası iqtisadiyyatın rövnəqlənməsinə səbəb olacaq

Ərdəbilin imam cüməsi İran və Azərbaycan arasında Parsabadda dəmiryolu yükdoldurma və yükboşaltma terminalının yaradılması haqda razılaşmanın bölgədə iqtisadiyyatın rövnəqlənməsinə səbəb olacağını deyib.

 Arannews : xəbər verir ki, Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində deyib: “Ərdəbil əyalətinin dəmiryolu çıxışı, onun Azərbaycanın dəmir yoluna qoşulması, Orta Asiya, Qafqaz və Rusiyaya daxil olması məhsulun ucuz ixracı, istilikxana və digər məhsullarının ixracında asanlıq yarandığı üçün Muğan və Ərdəbildə yüksək səviyyədə investisiya qoyuluşuna zəminə yaradacaq, azad zonaların yaradılmasına, Ərdəbil dəmiryolunun Parsabada birləşməsi layihəsinin icrasına, bölgədə məşğulluq yaradılmasına kömək edəcək.”
İmam cümə vurğulayıb: “Əyalətin məsul şəxsləri ərazi alınması və yük terminalının layihəsini bu il (mart ayına kimi) tamamlamağı və onun inşasını gələn il başa çatdırılmasını qərara alıblar.”
Amerikada baş verən son hadisələrə də toxunan xətib deyib: “Amerika bu həftə özünün demokratiya mahiyyətini nümayiş etdirdi, xalqın səsi ilə seçilmiş şəxs 35 min təhlükəszlik qüvvəsinin vasitəsilə Ağ Evə gəldi, demokratiyanın hərbi qüvvə ilə hansı əlaqəsinin olduğu sualına cavab verən olmadı.”
Ayətullah Amili əlavə edib: “Demokratiyanı qoruyan, demokratiyanın özüdür və xalqın seçiminə hörmətlə yanaşmaq ən yüksək qoruyucudur. Lakin məlum oldu ki, Amerikada ideal demokratiya və ona hörmətlə yanaşmaq məsələsi yoxdur.”
İmam cümə deyib ki, böyük imperatorluqlar adətən daxili məğlubiyyət və idarəçilik zəifliyindən dağılırlar. Bayden bildirdi ki, Trampın millətçiliyi amerikalılar arasında çox böyük parçalanma yaradıb.
O daha sonra deyib: “Trampın digər ölkələrə qarşı davranış və siyasətləri Bayden üçün ibrət və uyğun çıraq olmalıdır. Çünki Trampın davranışı sübut etdi ki, İrana qarşı ən sərt təzyiqlər belə heç bir nəticə vermir.”

  • Yazılıb
  • da (də) 2021 Jan 25
  • Göndərən جهان کمالی