Tarix : 2021 Jan 26
Kod 60822

Şuşada Şəhidlər Xiyabanı...

“Şuşa 44 günlük II Qarabağ müharibəsində böyük qəhrəmanlıqla azad olunan şəhərimiz kimi tarixə düşdü. Ona görə də Şuşada şəhidlərimizin xatirəsi mütləq əbədiləşdirilməlidir”.

Arannews: Bunu Modern.az-a I Qarabağ müharibəzi zamanı Şuşada döyüşmüş ehtiyatda olan polkovnik Azay Kərimov deyib. O bildirib ki, Azərbaycan oğulları Şuşanın azad olunması üçün can qoyublar:
“Şəxsən mən Şuşa döyüşlərində iştirak edən17 nəfəri tanıyıram ki, getdilər və qayıtmadılar, şəhid oldular. Şəhər azad olunduqdan sonra çox sayda rəsmi şəxs Şuşaya gedib, amma heç biri orada qəbri olan şəhidləri yada salmayıb. Bayram Səfərovun evlərini çəkmək lazım deyil. Mən orada şəhid olmuş əsgərlərimi, zabitlərimi axtarmaq, heç olmasa sümüklərini tapmaq istəyirəm. Onların qalıqlarını bir yerə yığıb möhtəşəm Şəhidlər xiyabanı yaratmaq istəyirəm ki, insanlar gəlib ziyarət etsinlər. Çoxu Şuşaya şəkil çəkdirməyə gedir, amma torpaq altındakı oğlanları, igidləri xatırlamırlar. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun nəşi Şəhidlər Xiyabanında deyil. Onun paltarlarını, paltosunu, ayaqqabılarını ora qoyublar. Amma Ramiz Qənbərovun nəşi Şuşada Cıdır düzündədir. Harada ki, Süleyman Ələsgərovun oğlanları konsert verirdilər, həmin ərazidən 20 metr aşağıda... Amma heç kimin yadına ordakı şəhidləri ziyarət etmək düşmədi”.
 ölkə Prezidentinin tapşırığı və rəhbərliyilə Şuşada bütün infrastruktur yenidən qurulacaq:
“Tarixi yerlər, tarixi binalar, bir sözlə, hər şey yenidən qurulacaq və bərpa olunacaq. Şuşa dünyanın ən gözəl mədəniyyət şəhərlərindən birinə çeviriləcək. Şəhər uğrunda gedən döyüşlər 44 günlük müharibənin pik nöqtəsi idi. O igidlər, o oğlanlar ki, Şuşamızı düşməndən azad etdi, onlar eyni zamanda, hərb tariximizdə qəhrəmanlıq səhifəsi açdılar. Şəhid olanlarımız, yaralananlarımız oldu. Təbii ki, müqəddəs şəhidlərimizə xatirə kompleksi yaradılacaq. Hətta şəhər uğrunda şəhid olanlarımız Şuşada dəfn olunmasa da, onların xatirəsi möhtəşəm abidə ilə əbədiləşdiriləcək. Gündəmə gətirdiyiniz bu təşəbbüsü yüksək qiymətləndirirəm”.

  • Yazılıb
  • da (də) 2021 Jan 26
  • Göndərən جهان کمالی