Tarix : 2021 Jan 27
Kod 60825

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək

Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşü olacaq

Arannews :Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.
Bu barədə RBK Rusiya və Ermənistan hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.
Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.
Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.(apa)

  • Yazılıb
  • da (də) 2021 Jan 27
  • Göndərən جهان کمالی