“Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla dialoqu dərinləşdirməkdə maraqlıdır”.
Arannews : verdiyi xəbərə görə, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq müqaviləsi iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb. İmzalanan müqaviləyə əsasən, İran İslam Respublikası və Rusiya Federasiyası informasiya təhlükəsizliyinin gücləndirilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilərək, törədilən cinayətlərlə mübarizə, texniki və texnoloji yardım, müəyyənləşdirmə, koordinasiya, regional və beynəlxalq sahələrdə zəruri əməkdaşlıq daxil olmaqla, milli və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün birlikdə işləyəcək. Bu müqavilənin imzalanması iki ölkənin kiber təhlükəsizlik sahəsindəki əməkdaşlıqda dönüş nöqtəsi kimi şərh edilib