İran, Türkiyə və Rusiya arasında Suriyadakı böhranın həllinə dair 5 maddəlik Bəyannamə qəbul edilib.
Arannews-Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Cenevrədə üç ölkə rəsmilərinin və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Pedersenin iştirakı ilə "Astana formatı" çərçivəsində keçirilən görüşdə qəbul edilən Bəyannamədə bunlar nəzərdə tutulub:
1. Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilir və bu prinsiplərə bütün tərəflər bağlıdır.
2. Tərəflər Suriya Konstitusiya Komitəsinin beşinci tur toplantısının 25-29 yanvarda Cenevrədə keçirilməsindən məmnundurlar. Q.Pedersen komitənin işinə dəstək verməyə hazırdır.
3. Suriya rəhbərliyinin iştirakı çərçivəsində BMT TŞ-nin 2254 qərarı ilə yürüdülən siyasi prosesin inkişaf etdirilməsində qarant ölkələrin və Soçidəki Suriya Milli Dialoq Konqresinin qərarlarının önəmli rolu qeyd edilir.
4. Konstitusiya Komitəsinin işinin xarici müdaxilə olmadan və xalqın geniş dəstəyini almaq üçün konstruktiv şəkildə aparılması vacibdir.
5. Sözügedən məsələlərə dair işlər 16-17 fevralda Soçidə "Astana formatı" çərçivəsində davam etdiriləcək.