Arannews :Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, Az. R. və habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.
“ANCA rəsmi twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin Az. R və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub”, - məlumatda bildirilib.