Azerbaijan Servisi/Aran Agentliyi
Bu gecə Bakı şəhərində 13 nəfər qida və mədə-bağırsaq infeksiyasından zəhərlənmə diaqnozu ilə Təcili Yardıma müraciət edib. Bu barədə məlumatı ANS PRESS-ə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. O bildirib ki, zəhərlənənlərin altısının vəziyyəti ağır olduğundan, xəstəxanaya yerləşdirilib. Digərlərinin vəziyyəti isə ilkin tibbi yardımdan sonra normallaşıb.
R.Nağıyevin sözlərinə görə, əhali arasında zəhərlənmə halları mütəmadi olur: «Zəhərlənmə halları əsasən yay mövsümündə qeydə alınır. Amma son bir neçə gün ərzində kütləvi zəhərlənmə hallarına rast gəlinməyib».