Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.
Arannews :bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
H. Akar bildirib ki, Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılmasına dair işlər tamamlanıb. Türk və rus əsgərlərin fəaliyyət göstərəcəyi Mərkəz sabah fəaliyyətə başlayacaq: “Bir general və 38 personalımızın çalışacağı Mərkəzin atəşkəsin davamlılığına, sülhə və sabitliyə töhfə verəcəyinə inanırıq