Tarix : 2021 Jan 31
Kod 60844

Bu gün Fəcr ongünlüyü bayram şənliklərinə start verilib

Bu gün 12 Bəhmən 1357-ci il (1 fevral, 1979-cu il) İslam İnqilabının banisi və mərhum rəhbəri İmam Xomeyni (rəh.) 15 il Türkiyə, İraq və Fransada sürgün həyatı yaşadıqdan sonra vətənə döndüyü günün 42-ci il dönümüdür.

Arannews :bu münasibətlə ölkənin hər bir yanında bayram şənlikləri təşkil olunur və bir sıra mərasimlər keçirilir.
Bu gündə İmam Xomeyninin (rəh) Mehrabad hava limanından Behişt Zəhraya getdiyi yollar güllə bəzədilib, kilsələrin, kinisələr və digər dini məkanlarda zənglər səsləndirilib, gəmilər və qatarları sıqnallar verib. Koronavirus pandemiyası səbəbindən “fəcr ongünlüyü” proqramlarında dəyişiklik edilib. Belə ki, proqramların çoxu onlayn formatda keçiriləcək. Şəhid ailələri ilə görüşmək, sosial şəbəkələrdə Fəcr ongünlüyünə dair daha aktiv mədəni proqramların təşkili və s. proqramlar nəzərədə tutulur.
Qeyd edək ki, bu gün Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb.
İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən inqilabının qələbə çaldığı 22 Bəhmənə qədər İslam İnqilabının “Fəcr dekadası” (Fəcr Ongünlüyü) adlandırılır.
Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli qeyd olunur.  “Fəcr ongünlüyü” bayram şənlikləri çərçivəsində bəzi ölkələrdə İranın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub.

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2021 Jan 31
  • Göndərən جهان کمالی