Tarix : 2021 Feb 01
Kod 60849

Siyəzəndə şəhid anası dəfndən əvvəl qurban kəsib

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayevin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib. Şəhid Siyəzəndə dəfn edilib.
Arannews : şimal bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.
Allah rəhmət eləsin!

 
  • Yazılıb
  • da (də) 2021 Feb 01
  • Göndərən جهان کمالی