Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayevin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib. Şəhid Siyəzəndə dəfn edilib.
Arannews : şimal bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.
Allah rəhmət eləsin!