Tarix : 2008 Jul 26
Kod 6085

Yaxın bir neçə ildə Azərbaycanın iqtisadi artım tempi sürətlə aşağı düşəcək

Hesabatda göstərilir ki, 2008-ci ildə ümumi daxili məhsulun artımı 17,8 faiz təşkil edəcəksə, 2009-da bu rəqəm 15,9, 2010-da 5,2, 2011-də isə cəmi 2,4 faiz təşkil edəcək
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycanda iqtisadi artım tempi 2012-ci ilə qədər sürətlə aşağı düşəcək. Bu barədə məlumat, Beynəlxalq Valyuta Fondunun (BVF) yeni açıqlanmış hesabatında verilib. Hesabatda göstərilir ki, 2008-ci ildə ümumi daxili məhsulun artımı 17,8 faiz təşkil edəcəksə, 2009-da bu rəqəm 15,9, 2010-da 5,2, 2011-də isə cəmi 2,4 faiz təşkil edəcək. 2012-ci ildən isə artım azalma ilə əvəz olunacaq. Fondun hesablamalarına görə, 4 ildən sonra ölkəmizdə ümumi daxili məhsulun artım tempi 1,2, 2013-də isə 1,8 faiz olacaq. Bundan başqa Azərbaycan MDB məkanında azalmanın uzunmüddətli davam edəcəyi yeganə ölkə olacaq. Fondda bunu neft hasilatının ildən-ilə aşağı düşməsiylə izah edirlər.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 26