Tarix : 2008 Jul 26
Kod 6086

Katalikos Şeyxə etiraz edir

Erməni apostol kilsəsinin başçısı, bütün ermənilərin katalikosu ikinci Qaregin Azərbaycanda bütün Qafqazın şeyxi tərəfindən Ermənistan əleyhinə səslənən bəyanatlardan narahatlığını ifadə edib
Azerbaijan Servisi/Aran Agentliyi
   O, bütün Qafqazın Şeyxinin «erməni kilsəsinin bolşevik rejimi ilə əməkdaşlığı riyakar separatizmin bariz nümunəsidir» ifadəsindən narazıdır.
    Erməni apostol kilsəsinin başçısı, bütün ermənilərin katalikosu ikinci Qaregin Azərbaycanda bütün Qafqazın şeyxi tərəfindən Ermənistan əleyhinə səslənən bəyanatlardan narahatlığını ifadə edib. İkinci Qaregin bunu AŞ PA sədri Luis Mariya de Puçla görüşdə deyib.
    Xatırladaq ki, Bibiheybət Ziyarətgah Kompleksi istifadəyə verilməsi mərasimində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirmişdi ki, Bibiheybət məscidi erməni daşnaklarının bolşevik siyasətinə güclü təsiri ilə Azərbaycanda milli birliyi sarsıtmaq üçün 1934-cü ildə dağıdılıb. Onun sözlərinə görə, ölkədə dini repressiyaların tüğyan etdiyi, məscid, kilsə və sinaqoqların dağıdıldığı bir vaxtda, yalnız Eçmiədzin heç bir siyasi təqibə və təzyiqə məruz qalmayıb. Şeyxin sözlərinə görə, erməni kilsəsinin bolşevik rejimi ilə əməkdaşlığı riyakar separatizmin bariz nümunəsidir.
    İkinci Qaregin isə AŞ PA rəhbəri ilə görüşdə bildirib ki, Culfada guya nə vaxtsa mövcud olmuş daş abidələrin dağıdılmasından məyusdur.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 26