Azərbaycanlı alim Rəşid Mahmudov dövlət məmurlarını allahlıq iddiasında ittiham edib.
Arannews-Prezident İlham Əliyevin Şuşa şəhərinin məmurlar paytaxtı olmayacağını bildirməsi və bəzi dövlət məmurlarını sərt şəkildə tənqid etməsi ictimaiyyət tərəfindən alqışlanır.
Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov ölkə başçısının məmurlarla bağlı çıxışını dəstəkləyərək bildirib ki, xalqı incidən bütün məmurlar işdən azad olunmalıdır. Bu məmurlar Allahlıq iddiasındadır. Vəzifəyə təyin olunan insanlar hamısı pul yığmaq üçün gəlirlər. Nə dövləti, milləti, nə də xalqı düşünən yoxdur. Bunların məqsədi yalnız pul yığmaqdır. Pulu da aparıb çürüdürlər. Ona görə də bu məmurların heç birini işğaldan azad edilən torpaqlara lazım deyil.
Rəşid Mahmudov qeyd edib ki, prezident Əliyev bu məmurların hamısını bir-bir vəzifədən uzaqlaşdıracaq. Bu ölkə düzəlməlidir, başqa cür mümkün deyil.