İran və Naxçıvanın standart məsələlərindəki həmkarlığı araşdırılıb.
Arannews : xəbər verir, İranın Naxçıvandakı baş konsulunun və Naxçıvan Muxtar Respublikasının istehlak bazarına və standarta nəzarət dövlət idarəsi direktorunun görüşündə iki tərəfin standartın inkişaf etdirilməsi üzrə əməkdaşlığı nəzərdən keçirilib.
Bəxtiyar İsmayılov görüşün əvvəlində İran İslam Respublikasının Qarabağda işğal olunmuş ərazilərin azad edilməsində Azərbaycan Respublikasına göstərdiyi köməyə və dəstəyə görə, təşəkkür edib. O, həmçinin İran İslam İnqilabı qələbəsinin ildönümünün gəlib çatmasını təbrik edib.
Naxçıvan Muxtar Respublikasının istehlak bazarına və standarta nəzarət dövlət idarəsinin direktoru bu muxtar respublikanın İran İslam Respublikası ilə hərtərəfli münasibətlərin genişləndirilməsi üzrə əzmkarlığı və iradəsinə işarə ilə ixrac olunan məhsullarda azəri dilində lazımi izahatların və onların istehlak tarixinin təqdim olunması da daxil olmaqla standart məsələlərinə diqqəti önəmli adlandırıb.
İranın Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyni də görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsində İran İslam Respublikasının açıq mövqeyinə, eləcə də İran xarici işlər nazirinin Naxçıvana olmuş son səfərinə işarə ilə baş konsulluğun regionda və Azərbaycan Respublikasında yaranmış yeni şəraitdə həmkarlıq və münasibətlərin genişləndirilməsinə hazır olduğunu elan edib.