“Xomeyniçilər” düz İmam Xomeyninin (rə) İrana daxil olduğu gün Azərbaycan Sovet Sosialist Respublikasında və Leonid Brejnevin SSRİ-nin rəhbəri olduğu günlərdə yarandı.
AranNews – “Xomeyniçilər” düz İmam Xomeyninin (rə) İrana daxil olduğu gün Azərbaycan Sovet Sosialist Respublikasında yarandı. O günlərdə Leonid Brejnev SSRİ-nin rəhbəri idi və hələ SSRİ-nin 80-ci illərdəki süqut prosesi başlamamışdı.
SSRİ dəmir divarlar hasarı arxasında böyük bir sirr idi və dünyada inqilablara himayədarlıq iddiası edirdi. Elə bir fenomen idi ki, bir inqilabla gəldi və çoxlu inqilablarla getdi. Siyasi Şərq, Qərblə ziddiyyətdə deyildi; Qərbin başqa bir üzü idi. İfratlara laqeydlik və individualizmi inkar edən kollektivizm. SSRİ yalnız dünya ilə fərqli relslər deyildi ki, onun başlanğıcı və sonu Qərb təfəkkürünün yayılmasının bir hissəsi idi və indi də belədir.
“Xomeyniçilər”, düz 1979-cu ilin 1 fevralında öz varlıqlarını elan etdilər ki, rusların himayədarlıq etmədiyi bir inqilabla dünyaya göz açdıqlarını bildirsinlər. SSRİ Rusiyanın bir hissəsi deyildi və respublikalar ittifaqında xalqlar yox idi. “Xomeyniçilər” 1 fevral 1979-cu ildə yarandı və Qafqazda İslam İnqilabının sadiq dostu oldu.
Qafqazın cənubunda və İran sərhədlərinin yaxınlığında, Stalinin 1937-ci ildəki repressiyalarından sonra, İslam rəmzlərindən cəmi iki şey, təsadüfən bunlar da iran mənşəli idilər, olduğu kimi qalmışdı; biri adlar, digəri də ziyarətgahlar. İmamların adları və imamzadələrin hərəmi.
70-ci illərin sonunda din adı ilə və amerikalıların arxa qapısı olan qonşu ölkədə bir inqilabın baş verməsi, SSRİ-nin xoşuna gəldi. Onlar bu inqilabdan danışdılar ki, İranın Şərq blokuna qoşulacağını demiş olsunlar. Lakin inqilab, öz yolunu getdi.
İslam İnqilabının mesajını, inqilab imamının sürgündə olduğu illərdə ev sahibliyini etmiş və Sədr və Həkim kimi şəhidləri qurban vermiş İraqdan sonra, Azərbaycan Respublikasında eşitdilər. Əgər İraqda bu mesajı almağın səbəbi Nəcəf hövzəsi və imama ev sahibliyi etməkdirsə, Azərbaycan Respublikası niyə bu sürətlə İslam İnqilabının mesajını eşitdi? Şübhəsiz, bir səbəbi əgər şiəlikdirsə, bu elə belədir, digər səbəbi də, ateizmin dəmir hakimiyyəti və miskin imperatorların dinlə mübarizəsi idi. Mərhum Hacı Əlikramın o cümləsi, hələ də mənim qulağımdadır ki, zülm illərinin xatirəsini dilə gətirirdi:
- “Siz ateizm görməmisiniz!”
İndi isə, Hacı Əlikram barədə;
Özünü Hacı Əlikram Əlizadə Nardarani kimi tanıtdırmaq istəyirdi. Azərbaycan İslam Partiyasının qurucusudur. 1940-cı ildə, Nardaranda dünyaya gəlmişdir. Ömrünün sonlarında şəkər xəstəliyinə tutuldu. Bu da, həbsxana və mübarizələrin təsiri idi. Görmə qabiliyyətini itirdi.
Hacı Əlikram o illərdə dünyaya göz açdı ki, Stalin gücünün zirvəsində idi. SSRİ-ni gərək 3 nəfərlə tanıyasan; Lenin, Stalin və Qorbaçov. Bu üçündən danışacağam. Hacının ağlar gözü vardı. Dinə olan eşq və rəğbətini, boğazının düyünlənməsi və gözlərindən axan yaşda görməli idin. Səlis danışığı vardı və söz qılıncının hər iki tərəfi kəsirdi.
“Xomeyniçilər”in mənəvi atası, Qafqazda İmam Xomeyninin (rə) ilk, əgər tək də desəm şişirtmiş olmaram, tək təbliğatçısı idi. Mərhum Ərbəkanın Anadoluda olduğu kimi. O, 1975-ci ildə Bakıda tələbə olan Əhməd adlı yəmənli bir şiənin Nardaranda Rəhimə (s.ə.) xatunun ziyarətinə gəldiyi zaman, İmam Xomeyninin (rə) adı və məqsədilə tanış olur və ona vurulur.
1 fevral 1979-cu il, Məşhədi Balahüseyn Nardaraninin evində 60 nəfərlə əyləşib Moskva televiziyasına baxırmışlar. İmam Xomeyninin (rə) simasını görür və elə o anda Həzrət Ruhullahın (rə) müridi və təqlidçisi olurlar. Əvvəl təqlid etdikləri təqlid mərcəsini dəyişirlər. Bu dediklərim, o zaman baş verir ki, məscidlər ya bağlanıb, ya da əgər təhqirdən xilas ola biliblərsə, muzeyə çevriliblər. Bura cəm olmuş şəxslər, ateizm basqısının pik nöqtəsində, öz dinlərini qorumuşdular.
O 60 nəfərlik toplum, o gecə, o evdə, Nardaranda, “Xomeyniçilər” adında elə bir hərəkat başladılar ki, hazırda da yaşayır, 42 yaşı var və rəşadətli övladları.
Qalanı başqa fürsətə qalsın. Haqqın amanında.
🔸
Mehdi Nalbəndi – Təbriz – 30 yanvar 2021