Azerbaijan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in APA-ya istinadən verdiyi məlumata görə, cari ilin sentyabr ayında Özbəkistan prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev məlumat verib. O, bir neçə günlüyə ölkəsinə dönərək səfərin tarixini dəqiqləşdirəcəyini bildirib.
Səfər zamanı 10-na yaxın sənədin imzalanması planlaşdırılır. Bundan başqa, Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının iclasının keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Özbəkistan GÜÖAM-ı tərk etdikdən sonra iki ölkə arasındakı münasibətlərdə nisbi durğunluq müşahidə olunurdu. Dövlət başçılarının bu görüşü iki ölkə arasında əməkdaşlığın inkişafında böyük rol oynaya bilər.