Bakı və Azərbaycanda köklü İslami cərəyanın təhlili və son proseslər göstərir ki, azərbaycanlı müsəlmanlar əvvəllər misli görünməmiş fikri və mədəni inkişafdan yararlanmışlar və irəli sürülən silsiləvi mövzular, müasir dövrdə Azərbaycanın İslami cərəyanına bir baxış məqsədilə gündəmə gətirilir.
AranNews-un verdiyi məlumata əsasən, Bakı və Azərbaycandakı köklü İslami cərəyanının həqiqətinin tanınması, tarixin təhrifinin qarşısının alınması və Arazın o tayı ilə mədəni ortaqlıqlardan faydalanmaq, Qafqazın mədəni və ədəbi ekspertlərinin öncəliklərindən sayılır.
Azərbaycan Respublikasının şiə kimliyinə sahib çıxmaq istəyən cərəyanı, ya elə “Xomeyniçilər” ümumiyyətlə təzyiq və təqiblə üzləşirlər. Amma ölkədəki son proseslər göstərdi ki, azərbaycanlı müsəlmanlar əvvəllər misli görünməmiş fikri və mədəni inkişafdan yararlanmışlar.
Qısa tanışlıq olsun deyə, Mehdi Nalbəndinin “Xomeyniçilər” silsilə məqalələri müasir dövrdə Azərbaycanın İslami cərəyanına bir baxış məqsədilə təqdim olunur.
İlk dəfə nəşr edilən bu məqalələrin birinci hissəsi, aşağıdakı kimidir:
“Xomeyniçilər” bir gecədə və birdən zühur etmədi. Bu cərəyan, din alimlərini sürgünə göndərən və məscidləri tətil edən dinlə mübarizə siyasəti qarşısında illərlə duruş gətirmənin nəticəsi idi. Dinlə mübarizə aparanlar, hətta məscidləri təhqir etməkdən də vaz keçmədilər. Onlar “İlahi Dəvət Cəmiyyəti”nin rəhbəri Ayətullah Şeyx Əbdülqəni Badkubeyini 1931-ci ildə dara çəkdilər və Ayətullah Seyid Məhəmməd Badkubeyini Sibirə sürgün etdilər.
Şeyx Əbdülğəni Nəcəfdə dərs oxumuşdu və Molla Məhəmməd Fazil İrəvani və Mirzə Həbibullah Rəştinin şagirdlərindən və danılmaz müctəhid idi.
Şeyx Əbdülqəni Badkubeyi – zillətə qatlaşmama yolunun şəhidi
Əllamə Əmini “Şühəda əl-fəzilə”kitabının “1930-cu illərdə dinlə mübarizə” babında və Şeyx Badkubeyinin həyatı barədə yazır: “Elə ki, bu cərəyan Qafqaza çatdı, ziyalıların bir qismi, o cümlədən bu şəxsiyyət onunla müxalifətə başladı və bu yolda heç bir təhdid və əziyyətdən qorxmadılar. Sonda həbs edildi və zindana düşdü. Dörd il sonra, hicri qəməri təqvimilə 1350-ci il şəhid edildi. Elm və əməl yolunun şəhidi, pərhiz və təqvanın qurbanı. Şücaət və zillətə qatlaşmama yolunda canından keçən, iftixar və fəzilət yolunun şəhidi. Allah onu bağışlasın. Ruhu şad və yolu ardıcıl dolu olsun”.
Ayətullah Seyid Məhəmməd Badkubeyi isə, Sibirdən sonra Ərdəbilə gəldi, sonra Təbrizə getdi və onun məscidi Təbrizin Darayi prospektində hələ də onun adını daşıyır. Ayətullah Badkubeyi maştağalı idi və Təbrizdə “nöşün ağa” kimi məşhurlaşdı. Çünki “nə üçün”, ya təbrizlilərin dediyi “niyə” sözü, Nardaran və Maştağa ləhcəsilə bu fəqih və Peyğəmbər (s) övladı seyidin dilucu sözlərindən idi.
Sürgün görmüş alimin elmi xidmətləri və siyasi mübarizələri
Əllamə Əmini yenə “Şühəda əl-fəzilə” kitabının “Ayətullah Seyid Məhəmməd Badkubeyinin həyatı” babında yazır: “Əllamə Seyid Məhəmmədin xidmətlərindən biri də, dini təlim mərkəzi təsis etmək idi ki, çox sayda tələbəsi vardı və özü orada dərs keçirdi və bolşeviklərin din əleyhinə hücumlarına baxmayaraq, günü-gündən rövnəqi artırdı”.
Cənab Badkubeyi həm Sibirə sürgünü daddı, həm də Ərdəbildən Təbrizə sürgünü daddı. Bu mübariz alim, həm “Əyalət və Vilayət Təşkilatları” layihəsinin qəbuluna etiraz edənlərdən idi, həm də Fələstin haqlarının müdafiəçilərindən. Onun adı qaçqın müsəlman fələstinlilərə yardım bildirişinin altında, Ayətullah Seyid Əbulfəzl Xosrovşahi, Ayətullah Seyid Mürtəza Müstənbit Qərəvi, Ayətullah Seyid Kazim Musəvi Şəbüstəri və Ayətullah Şəhid Seyid Məhəmmədəli Qazi Təbatəbayinin adının yanında çəkilib. Bu alim 21 avqust 1969-cu ildə dünyadan köçdü və
Təbrizdə torpağa tapşırıldı.
Hacı Əlikramın Qafqazda təzyiqlərin pik nöqtəsi və alimlərin edamı barədə danışdıqları
Azərbaycan Respublikasında “Xomeyniçilər” hərəkatının əsasını qoyan mərhum Hacı Əlikram zülm dövrü barədə belə deyir: “Qara istibdad və Stalinin zülm dövründə, elmi hövzələr, məzhəbi mərkəzlər, dini mədrəsələr və təsirli məscidləri bağladılar və muzey, idarə, anbar və sairə çevirdilər və azad alimləri, böyük və mübariz fəqihləri edam etdilər. 1937-ci il, bu soyqırım, edam və siyasi hesablaşmaların pik nöqtəsi idi. Buna görə də, “37-ci il” bizim siyasi ədəbiyyatımızda, zülm, qətl, hökumətin qarəti və məzlumların haqqının tapdanması rəmzi kimi sayılmışdır”.
Amma, Azərbaycan Respublikası;
Araz çayının şimalında və Qafqaz dağlarının cənubunda yerləşən ərazidir. Bu diyar bəlkə də Qafqaz sayılır və şair Fəridəddin Əttarın “Simurğun Qaf qülləsi” şeirindəki kimi, uzaq dağların İran ədəbiyyatında “Qaf” adlandırılmasına səbəb olmuşdur.
Qafqazın şiə respublikası, 1918-ci ildə Azərbaycan adlandırıldı, Qafqazın şərqində və Xəzər dənizinin qərbindədir. Məşhəd, Qum, Təbriz və habelə Kərbəlaya səfər, hər bir azərbaycanlının arzusudur. Azərbaycan Respublikasının paytaxtının hər iki tərəfində əzəmətli məscid var ki, onlardan biri Bakının girişindədir və “Bibi Heybət” adlanır, o biri isə, Nardarandadır və Bakıdan 20 km-dən də az məsafədədir və İmam Rizanın (ə) bacısı “Rəhimə Xatun”un məzarı burada yerləşir.
Nardaranlılar bu hərəmi “pir” və “qərib xanım” adlandırırlar. Hacı Mail Əliyev Nardaran hərəmi üçün belə şeir deyib:
Tanrı etmiş etibar səndə imam namusunu
Sən necə yersən onu, göstərdi Sübhan Nardaran
Söz sözü çəkdikdə yazsam, xanmə tutmaz tərifün
Bircə arzum, görməyim bu yeri viran Nardaran
Madəri ölmüş uşaq tək Maili ağuşə al
Qoyma ta sızlayıb olsun pərişan Nardaran
Gəncə şəhəri də, imamzadə İbrahim ibn Məhəmməd Baqirin (ə) ev sahibidir. Bu məzhəbi kompleks də orada imamzadənin göy rəngli türbəsi olduğu üçün, el arasında “Gəncə imamzadəsi”, “İmamzadə türbəsi”, “Göy İmamzadə”, “Göy məscid” ya “Göy İmam” kimi məşhurdur.
Ardı var...
Mənbə: Anac;