Tarix : 2021 Feb 08
Kod 60879

Bir millət, iki bayraq” Ali Məqamlı Rəhbərin Heydər Əliyevə yadigarı

İİR Məsləhət Şurasının katibi və SEPAH-ın keçmiş komandanı deyib: “Azərbaycan və İran xalqı bir millət iki bayraqdır. Bu şüarı Ali Məqamlı Rəhbər mərhum Heydər Əliyevlə görüşəndə deyib. Ona görə də iki xalqın qardaşlığı heç vaxt zəifləməyəcək.”
AranNews: verdiyi xəbərə görə, İran Məsləhət Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı bu gün “Nobər” verlişində Qarabağ müharibəsinin açılmamış sirləri və Qafqaz bölgəsi ölkələri, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətlərin potensiallarını təhlil edib.
M. Rezayi bu müsahibədə ilk dəfə olaraq İran İslam Respublikasının birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasına dəstəklərinin miqdar və növlərini açıqlayıb, Əliyev hökumətinin buna diqqət yetirməməsini vurğulayıb.
SEPAH-ın keçmiş komandanı deyib: “Azərbaycan və İran xalqı “bir millət iki bayraq”dır. Bu şüarı Ali Məqamlı Rəhbər mərhum Heydər Əliyevlə görüşündə demişdir. Ona görə də iki xalqın qardaşlığı heç vaxt zəifləməyəcək.”
M. Rezayi İsraili bölgədə qeyri-təbii nizamın vücuda gəlməsinin səbəbkarı kimi göstərib və təbii nizamın yaranmasının tək yolunu Qərbi Asiya ölkələrinin birliyində görüb.
Məsləhət Şurasının katibi 44 günlük Qarabağ müharibəsində şimal-qərb bölgəsinin imam cümələrinin dəstəyini də alqışlayıb, Qarabağın yenidən qurulmasında və iqtisadi inkişafında İranın rolunu Azərbaycan Respublikası üçün yaranmış qızıl fürsət adlandırıb.
SEPAH-ın sabiq komandanı mərhum Rəfsəncaninin prezidentlik dövründə Qorbaçovla görüşündən bir xatirə danışaraq deyib: “Mən o görüşdə dedim: Siz islahata başlamısınız və bu islahatların ardında Qafqaz bölgəsi ölkələrinin müstəqilliyi dayanmalıdır.”

 
  • Yazılıb
  • da (də) 2021 Feb 08
  • Göndərən جهان کمالی