İranın XİN başçısı ABŞ prezidentinin İrana qarşı sanksiyaların ləğvinə dair açıqlamasına münasibət bildirib
Arannews :Məhəmməd Cavad Zərif deyib: "İslam İnqilabı Rəhbərinin açıq şəkildə dediyi kimi, biz də öz tərəfimizdən Birgə Hərtərəfli Fəaliyyət Planını ABŞ-ın pozduğunu söyləyirik".
İran XİN rəhbəri diqqətə çatdırıb ki, rəsmi Tehran Donald Trampın sözügedən müqaviləni pozduqdan sonra bunu bir il müddətində həyata keçirməyə davam edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden İranın nüvə razılaşması ilə əlaqədar danışıqlar masasına qayıtdığı təqdirdə ilkin olaraq sanksiyaları ləğv etməyəcəklər. Bayden əlavə edib ki, İran əvvəlcə uranı zənginləşdirməyi dayandırmalıdır.