İran Ali Milli Müdafiə və Tədqiqat Universitetinin rektoru general-mayor Əhməd Vəhidi General Vəhidi Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarını geri almasında İranın mühüm rol oynadığını vurğulayıb.
AranNews - İslam İnqilabının ikinci addımının strategiyalarının 15-ci şəmsi əsri geopolitikasına təsirinin açıqlanması və rolu haqda ilk konfransda çıxış edən general Əhməd Vəhidi deyib: “Dünyada, xüsusilə də Qərbi Asiya bölgəsində ciddi geopolitik mübarizə gedir. Orta Asiyada da bu istiqamətdə bir neçə cərəyan fəaliyyət göstərir.”
İran Ali Milli Müdafiə və Tədqiqat Universitetinin rektoru Amerika rejimnin Orta Asiyada öz hüzuruni gücləndirmək istədiyini vurğulayaraq deyib: “Azərbaycan Respublikası öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Azərbaycan xalqı bu torpaqlara yiyələnmək hüququna malikdir və İran Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında mühüm rol ifa etdi.”
General Vəhidi bildirib: “Birləşmiş Ərəb Əmirlikləri Yəmən xalqının icazəsi olmadan Yəmən adalarını işğal etdi və Qırmızı dənizə də nəzarəti ələ almaq istəyir. Ərəbistan rejimi də Sudanla müamilə etmək vasitəsilə Qırmızı dənizin şimal bölgəsində vəziyyəti ələ almağa, bu əhəmiyyətli yükdaşıma keçidində öz rolunu gücləndirməyə təlaş edir.”