Fevralın ortalarında Rusiya, İran və Çin hərbi dəniz qüvvələrinin Hind okeanında növbəti hərbi təlimi keçiriləcək.
“Arannews: xəbər verir ki, bu plan barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.
Onun sözlərinə görə, təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək.
Qeyd edək ki, 2019-cu il dekabrın sonunda Rusiya, İran və Çinin “Dəniz təhlükəsizliyi qurşağı” adı altında hərbi dəniz təlimi reallaşıb.