Tarix : 2021 Feb 10
Kod 60887

"Xomeyniçlər" - ÜÇÜNCÜ HİSSƏ

"Xomeyniçlər" ancaq Azərbaycan Respublikasına aid deyillər

"Xomeyniçilər" yalnız Cənubi Qafqaz coğrafiyası və Azərbaycan Respublikasına aid deyillər və Anadoluda İmam Xomeyninin (rə) səsini hamıdan öncə eşidən şəxs, mərhum Nəcməddin Ərbəkan idi.
Arannews :Azərbaycan Respublikasında “Xomeyniçilər” baş qaldırdılar, amma tək deyildilər və dünyanın müxtəlif yerlərində özlərinə həmrəylər tapdılar. Hazırda da tək deyillər və öncəkindən daha da irəli gedərək, zühur ordusu hazırlayaraq öz işlərinə davam edirlər.
“Qüds günü” mərasiminin keçirilməsini, gərək İslam İnqilabı sevənlərin hamısının dünyadakı mühüm və rəmzi tədbirlərindən saymaq lazımdır ki, Azərbaycan Respublikasında bu mərasim çətinliklər və həbsləri gözə almaqla birgə olmuşdur.
“Xomeyniçiləri” yalnız Qafqazın cənubu və Azərbaycan Respublikası ilə məhdudlaşdırmaq və ancaq şiə cərəyanı saymaq olmaz, çünki “Qüds hədəfi” dünyadakı bütün oyanış hərəkatlarının birləşmə halqasıdır. Öncəki hissədə Hacı Əlikramdan danışdıq və dediyimiz azacıq sözlər, Hacı Əlikramın hamısı deyildi və yenə də ondan deyəcəyəm. Amma, bu hissədə, Xəzərin sahillərindən və Qafqazın cənubundan Qara dəniz sahillərinə gedəcəyik.
2003-cü ildə, İstanbulda türk və laik olan jurnalistin belə dediyini eşitdim:
- Amerikalılar İran barədə bir həqiqəti təhlil edə bilmirlər və o da budur ki, cənab Xomeyni (rə) əlini qaldırırdı və cavanlar dəstə-dəstə qurban getmək üçün sıraya düzülürdülər. Onlar əmin deyillər ki, o əl yenidən qalxmayacaq və o cavanların nəsli korlanıb ya yox. Əgər əmin olsalar, sizi məhv etmək üçün bir an belə tərəddüd etməzlər.
O jurnalist Ərbəkanın tərəfdarı deyildi, amma Anadoluda hamıdan öncə Xomeyninin səsini eşidən, Nəcməddin Ərbəkan oldu. Bir zamanlar, Türkiyənin Bursa şəhəri, 11 ay müddətində İran İnqilabının rəhbərinin sürgündəki vətəni idi. Həmin bir il fürsət oldu ki, İmam Xomeyni (rə) “Təhrir əl-vəsilə” kitabının ilk cildini yazsın və “Vilayəti-fəqih” nəzəriyyəsinin təməllərini atsın. İmam Xomeyninin (rə) sürgün edilmə səbəbi, onun kapitulyasiyaya etiraz etməsi idi və təyyarədə məmurlara dedi:
- Mən vətənimə görə sürgün edildim.
Mərhum Ərbəkan kimi şəxsiyyətləri araşdıran şəxslərin etirafına əsasən, İmam Xomeyni (rə) və Ərbəkan Hocanın fərqi bunda idi ki, İmam Xomeyni (rə) Amerikanı böyük şeytan sayırdı, Ərbəkan Hoca isə, İsraili.
Ərbəkan deyirdi:
- Qərb və sionizm bizim dostumuz olmayacaqlar!
Bu, İslam İnqilabı xətti deməkdir. Əlbəttə, Anadolu coğrafiyasında və İstanbul türkcəsi ləhcəsində.
Sionizm Ərbəkanın gözündə şərrin hamısı idi və Ərbəkanın “Ölüm olsun Amerikaya!” şüarı da, onun anti-sionizm olmasında idi. O, deyirdi: “Qlobal sionizm, yəni, o şəxslər ki, bugünkü dünyada quldarlıq sistemini yaratmışlar. Əgər iki əsas nöqtədə onlarla işiniz olmasa, sizinlə işləri olmaz. Biri Allahın verdiyi nemətlərin paylaşdırılmasında, yəni bölüşdürmə qanunlarında, o biri də, müdiriyyətdə və bölüşdürməni onlara tapşırmaqda. Əgər siz bu işləri etsəniz və səhərə qədər namaz qılsanız, ilin 365 gününü oruc tutsanız, onlar üçün heç bir əhəmiyyəti yoxdur və sizin işlərinizdə dəxalət etməzlər”.
Buna görə də, Ərbəkan özünü İran hakimiyyətinin və İslam İnqilabının bir parçası sayırdı və Ərbəkanın seçkilərdən sonrakı ilk rəsmi səfəri İrana oldu. Onun bu sözü məşhurdur:
- Biz Türkiyədə müxalifətin bir hissəsi və İranda hakim iqtidarın bir hissəsiyik!
🔸
Qayıdaq Qafqaza və birbaşa bir məktubla Qarabağa gedək:
“Cənab Qorbaçov!
Sizin respublikalarınızın bəzilərinin məscidlərinin minarələrindən 70 il sonra “Əllahu əkbər” səsi və son peyğəmbərin (s) peyğəmbərliyinə şəhadət səsi eşidildi, xalis Muhəmməd (s) İslamı ardıcıllarının hamısı şövqdən ağladı. Buna görə də, bu məsələni sizə xatırlatmağı lazım bildim ki, yenidən maddi və mənəvi olan iki dünya görüşü barədə düşünəsiniz”.
İmam Xomeyninin (rə) sözünü etdiyi o 70 il, Qarabağda 100 ilə qədər uzandı. Hazırda Qarabağ bizim üçün 90-cı illərin Bakısıdır. Qarabağı Hüseyni təfəkkür azad etdi və “fəth” namazını Qüdsə saxlamışıq. Arifə bir işarə də bəsdir.
Artıq bu gün kommunizmdən bir şey qalmayıb. Qətiyyən. O rus politoloqun dediyi kimi, Hələbin fəthindn öncəyə qədər nə var idisə, Amerikanın hegemonluğu idi. Amma, Qərb də sona çatmışdır və bu bitkinlik get-gedə daha da inanılası olur.
Dünyanın növbəti müharibəsi, müqavimət cəbhəsilə sionistlərin müharibəsi olacaqdır və bu müharibə sanki başlanmışdır.
Dünyanın qarşısındakı növbəti onilliklər, alınlarında İmam Xomeyninin (rə) adını daşıyacaqdır.
Sözün davamı qalsın sonraya. Allahın amanında qalın.
  • Yazılıb
  • da (də) 2021 Feb 10
  • Göndərən جهان کمالی